Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi din liderlərinin VII Qurultayında çıxış edib.
QMİ-dən Bizim.Media-ya verilən xəbərə görə, Allahşükür Paşazadə İnsan Qardaşlığı sənədinin əhəmiyyətini diqqətə çatdırıb.
“Hər zamankı kimi bugünkü Qurultayımızda da biz etnik və dini zəmində diskriminasiya və ekstremizm meyllərini, xristianofobiya, islamofobiya, antisemitizmi, ksenofobiyanın hər hansı təzahürlərini, dindən siyasi məqsədlər üçün sui-istifadə hallarını qətiyyətlə pisləməliyik. Bəşər ailəsinin üzvləri arasında ksenofobiya, qarşıdurma, nifaq toxumu səpən nifrət çağırışları və dözümsüzlük təzahürləri bəşər üçün dəhşətli təhlükə mənbəyidir”, - o bildirib.
QMİ sədri bildirib ki, bu əsnada, konfessiyalararası sülh və anlaşma, dinlərarası dialoq və əməkdaşlıq dini liderlərin dünya miqyasında sülh, təhlükəsizlik və əmin-amanlıq mühitinin formalaşmasına ən böyük töhfələri ola bilər.
“30 illik işğala son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda işğal dövründə Qarabağda yandırılmış torpaq, çirkləndirilmiş su hövzələri, məhv edilmiş təbiət, vandalizm və həqarətlərə məruz qalaraq dağıdılmış mədəni-mənəvi irs, basdırılmış saysız-hesabsız minalar bizim öz əzəli torpaqlarımıza qayıdışımızı əngəlləyir, yüzlərlə dinc insanın bu gün də həyatına son qoyur, sağlamlığına xələl gətirir. Təəssüf ki, bu gün də bəzi din xadimləri öz xalqlarını sülhə deyil, müharibəyə, qarşıdurmaya çağırır”, - o əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:25 / 14.09.2022
“Bəzi din xadimləri öz xalqlarını müharibəyə çağırır” - Şeyxülislam
Hazırda oxunan: “Bəzi din xadimləri öz xalqlarını müharibəyə çağırır” - Şeyxülislam
Hazırda oxunan: “Bəzi din xadimləri öz xalqlarını müharibəyə çağırır” - Şeyxülislam
93751
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.