“Beynəlxalq qurumlar Ermənistanın təcavüzünə dərhal sərt reaksiya verməlidir”- Ombudsman

“Beynəlxalq qurumlar Ermənistanın təcavüzünə dərhal sərt reaksiya verməlidir”- Ombudsman

Hazırda oxunan: “Beynəlxalq qurumlar Ermənistanın təcavüzünə dərhal sərt reaksiya verməlidir”- Ombudsman

93727

“Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti bu gün də davam edir”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, Ombudsman Aparatı bununla bağlı bütün beynəlxalq təşkilatlara müraciət edib:

“Beynəlxalq qurumlardan tələb edirəm ki, Ermənistanın bu təcavüzünə qarşı dərhal sərt reaksiya versin. Onların bu gün də davam edən işğalçı siyasətinə son qoyulmalıdır.

Ermənistanın təxribatının qarşısının alınması nəticəsində 50 övladımız şəhid olub. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə şəfa diləyirəm”.

S.Əliyeva 2020-ci ilin noyabr ayından bu günə qədər 242 nəfər mina qurbanının olduğunu bildirib.

“Bu gün də Ermənistan bizim işğaldan etdiyimiz torpaqlara diversiya qrupları göndərib torpaqlarımızı minalamağa cəhd edir. Düşmən tərəfi yenə bu cür təxribatlara əl atarsa, onların qarşısı qətiyyətlə alınacaq. Regionda sülhə və təhlükəsizliyə təhdid törədən Ermənistanın qarşısına öhdəlik qoyulmalıdır”,-Ombudsman qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO