Ceyhun Bayramov Cozef Borellə TELEFONLA DANIŞDI

Ceyhun Bayramov Cozef Borellə TELEFONLA DANIŞDI

Hazırda oxunan: Ceyhun Bayramov Cozef Borellə TELEFONLA DANIŞDI

93670

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borel ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən (XİN) Bizim.Media-ya bildirilib ki, telefon danışığı zamanı tərəflər arasında bölgədə cari vəziyyət və sərhədboyu Ermənistanın Azərbaycana qarşı növbəti təxribatları nəticəsində yaranmış gərginlik müzakirə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov şəhid ailələrinə başsağlığı verdi


Ceyhun Bayramov Ermənistanın öhdəliklərini kobud şəkildə pozaraq genişmiqyaslı təxribatlar törətdiyini və mövqelərimizin intensiv atəşə tutulması nəticəsində 50 hərbçimizin şəhid olduğunu, bu təxribatların Ermənistan tərəfindən son aylarda davam edən provokasiyaların tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünün qorunması məqsədilə hərbi təxribatlara adekvat cavab tədbirləri həyata keçirdiyi vurğulanıb.

Telefon söhbəti zamanı ali nümayəndə Cozef Borel yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib.

Borel Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında danışıqların davam etməsinin vacib olduğunu qeyd edib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın 14 sentyabr tarixində bölgəyə səfər etmək niyyətini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO