Ceyhun Bayramov BMT Baş katibinə MƏKTUB YAZDI

Ceyhun Bayramov BMT Baş katibinə MƏKTUB YAZDI

Hazırda oxunan: Ceyhun Bayramov BMT Baş katibinə MƏKTUB YAZDI

93651

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinə Ermənistanın qanunsuz hərbi fəaliyyətlərinə dair məktub göndərib.

Bizim.Media Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, cari ilin 23 avqust tarixində ünvanlanan məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Sözügedən məktubda Azərbaycanın Laçın rayonu ərazisində 2021-ci ildə Ermənistan Respublikasında istehsal olunmuş küllü miqdarda piyada əleyhinə minaların aşkar edilməsi faktı diqqətə çatdırılıb. Bu faktın Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bir daha kobud şəkildə pozulduğunu göstərdiyi vurğulanır.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramovla Lavrov son vəziyyəti MÜZAKİRƏ ETDİLƏR


Ermənistanın sözügedən üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrini çıxarmadığı və hərbi fəaliyyətlərini dayandırmadığı məktubda qeyd olunub.

Məktubda, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə əhalinin təhlükəsiz yaşayışı naminə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığı bir dövrdə Ermənistanın qanunsuz hərbi fəaliyyətinin, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesinə, o cümlədən regionda sülh və təhlükəsizliyə ciddi zərbə vurduğu ifadə olunub
Üçtərəfli bəyanatın imzalanmasından keçən müddətdə 232 nəfərin mina partlayışının qurbanı olduğu barədə faktlar məktubda təqdim edilir.

BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO