XİN-də xarici diplomatlar üçün BRİFİNQ KEÇİRİLDİ

XİN-də xarici diplomatlar üçün BRİFİNQ KEÇİRİLDİ

Hazırda oxunan: XİN-də xarici diplomatlar üçün BRİFİNQ KEÇİRİLDİ

93644

Bu gün xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib.

Bizim.Media Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, brifinqdə Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları nəticəsində yaranmış gərginlik və hərbi təcavüzün qarşısının alınması məqsədilə görülmüş təxirəsalınmaz və adekvat tədbirlər barədə iştirakçılara müfəssəl məlumat verilib.

Azərbaycan tərəfindən cavab addımlarının məhdud xarakterli olduğu, legitim hərbi hədəflərə yönəldiyi və mülki əhalinin hədəf alınmadığı bildirilib.

Şərti dövlət sərhədində baş vermiş bu təcavüz aktının son günlər ərzində Ermənistan tərəfindən törədilən hərbi və siyasi təxribatlar zəncirinin bir elementi olduğu qeyd edilib.
Belə təxribatlar sırasında Azərbaycan, Ermənistan, Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının Ermənistan tərəfindən kobud şəkildə pozularaq erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmaması, Azərbaycanın ərazilərinin minalanması işinin davam etdirilməsi və şərti sərhədboyu bölgədə hərbiləşmənin artması, nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törətməsi və sülh prosesinə qarşı destruktiv addımlar atması, sülh müqaviləsi üzrə konkret danışıqların başlanmasına dair Azərbaycan tərəfinin təkliflərinə qarşılıq verməməsi və s. pozuntular diqqətə çatdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işləri aparılan və külli miqdarda sərmayələr qoyulan bir zamanda, hərbi gərginlik zonasına yaxın əraziyə - Zəngilan rayonunun Ağalı kəndinə bir qrup məcburi köçkün ailəsinin geri qayıtması şəraitində regionda hərbi gərginliyin Azərbaycan tərəfinin marağında olmadığı vurğulanıb.
Brifinqin yekununda iştirakçıların mövqeyi dinlənilib və verilən suallar cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO