Fransız tarixçi ermənipərəst ABŞ konqresmeninin cavabını verib

Fransız tarixçi ermənipərəst ABŞ konqresmeninin cavabını verib

Hazırda oxunan: Fransız tarixçi ermənipərəst ABŞ konqresmeninin cavabını verib

93619

Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən fransız tarixçi, politoloq Maksim Qauen ermənipərəstliyi ilə tanınan ABŞ konqresmeni Frenk Pellonenin Ermənistan silahlı qüvvələri bölmələrinin ötən gecə törətdiyi genişmiqyaslı təxribatla bağlı çağırışını əhəmiyyətsiz adlandırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Bildirilib ki, hər zaman olduğu kimi, Ermənistanın hərbi təxribatlarını “Azərbaycanın təcavüzü” kimi qələmə verməyə çalışan Frenk Pellone sosial şəbəkə vasitəsilə ABŞ Dövlət Departamentini və dövlət katibi Entoni Blinkeni bölgədə sülhün təmin edilməsi məqsədilə ATƏT-in Minsk qrupu ilə işləməyə çağırıb. 
Maksim Qauen ermənipərəst konqresmenə belə şərhlə cavab verib: “Dedikləriniz tamamilə əhəmiyyətsizdir, ABŞ hökuməti belə bir şey etməyəcək və siz bunu bilirsiniz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO