Son təxribatlarda erməni milyarderin də əli var? – “Hər kəs öz roluna görə cəzasını almalıdır” – Fərid Şəfiyev 

Son təxribatlarda erməni milyarderin də əli var? – “Hər kəs öz roluna görə cəzasını almalıdır” – Fərid Şəfiyev 

Hazırda oxunan: Son təxribatlarda erməni milyarderin də əli var? – “Hər kəs öz roluna görə cəzasını almalıdır” – Fərid Şəfiyev 

93611

Ötən gün təmas xəttində baş verənlər ermənilərin məqsədyönlü şəkildə və qabaqcadan hazırladığı bir təxribatdır. Təsadüfi deyil ki, təxribat hadisəsi baş verən dəqiqələrdə Ermənistanın Baş naziri Nikol Paşinyan başılovlu Rusiya, ABŞ, Fransa və İranın dövlət başçılarına zəng elədi. Üstəlik, Paşinyan KTMT-dən hərbi yardım istədi. Bu da onu göstərir ki, ermənilər bu təxribatı uzun müddət planlaşdırıblar. 

Maraqlıdır ki, bu təxribatda təkcə erməni rəsmiləri deyil, digər tanınmış simalar da öz rollarını məharətlə ifa ediblər.

Məsələn, Rusiyalı milyarder Ruben Vardanyan kimi. Onun Qarabağa qanunsuz səfərindən həmən sonra erməni separatçılar Ağdərə istiqamətindən davamlı olaraq mövqelərimiz atəşə tutmağa başladılar. Üstəlik separatçılar Azərbaycan ordusunun nəzarət zonasında təxribatçı addımlar atdılar. Dar keçidlərdə mina sahəsi yaratdılar və sairə. Nəticə isə göz qabağındadır. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın təxribatı Daşkəsən, Kəlbəcər və Laçında toqquşmaya səbəb olub – MN


Ona görə də Azərbaycanın suvernliyinə və ərazi bütövlüyünə təhdid yaradan istənilən separatçı qanunlarımızla mühakimə edilməli, öz layiqli cəzasını almalıdır. O cümlədən. Ruben Vadayan kimi pozucu birisi. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bizim.Media-ya açıqlamasında bildirib ki, orada cinayət əməli törədən bir çox şəxs var: 

“Eyni zamanda, Vardanyan kimi xarici vətəndaş da ora gəlir və pozucu fəaliyyətlə məşğul olur. Əgər bu fəaliyyət Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxırsa, təbii ki, cinayət işi açılmalıdır. Sonuncu təxribat hadisəsi də bu prinsiplərə uyğun araşdırmalı, günahkarları üzə çıxarılaraq haqlarında ölçü götürülməlidir. Tördilmiş təxribatda roluna görə cəzasını almalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO