“Son təxribatlar Ermənistanın təcavüzkar və faşist dövlət olmasının təcəssümüdür. Ermənistan 10 noyabrda kapitulyasiyaya imza atandan bu günə qədər Azərbaycanın möhtəşəm qələbəsini həzm edə bilmir. Bu cür psixoloji gərginliyin, almış olduqları zərbənin bütövlükdə Ermənistan cəmiyyəti fəsadlarını yaşayır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili, Ana Vətən partiyasının sədri Fəzail Ağamalı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın təxribatı Daşkəsən, Kəlbəcər və Laçında toqquşmaya səbəb olub – MN
Deputat qeyd edib ki, ermənilər 200 ildən çoxdur ki, yalnız onları himayə edən dövlətlərin səyi ilə nələrisə əldə ediblər:
“Regionumuzda, ABŞ, Avropa İttifaqı, Rusiya və İran kimi maraqlı dövlətlər var. ABŞ və Aİ müttəfiq hesab olunur, İran və Rusiya isə bir çox məsələlərdə həmfikirdirlər. Bunların hər biri Ermənistana bu və ya digər şəkildə ya təsir göstərir, ya da vədlər verərək, normallaşmaya mane olurlar. Baxmayaraq ki, hər dörd subyekt bəyanatlarda normallaşmaya müsbət münasibət bildirirlər, ancaq mahiyyət fərqlidir”.
Fəzail Ağamalının sözlərinə görə, ermənilərin türk millətinə nifrəti onları düşdükləri dalandan xilas edə bilmir. Millət vəkili Ermənistanın gələcək təxribatlarının qarşısının alınması üçün zəruri olan addımlarla bağlı fikirlərini də bölüşüb:
“Düşünürəm ki, ilk növbədə Ermənistan-Azərbaycan sərhədində 11-20 km genişliyində təhlükəsizlik zonası yaradılmalıdır. Təbii ki, Ermənistanın ziyanına, çünki təxribatları onlar törədir. Təhlükəsiz zonaya Azərbaycanın ərazisindən zərrə qədər də keçməməlidir. Həmin zona isə heç şübhəsiz minalanmalıdır ki, ermənilər həmin ərazini keçib, təxribat törədə bilməsinlər.
Digər siyasi prosedurlar ardıcıl olaraq 10 noyabrda Paşinyanın imzaladığı kapitulyasiya aktına uyğun şəkildə aparılmalıdır”.
Murad Əhmədov, Bizim.Media