Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatı sammiti öncəsi niyə təxribat törətdi? - Yevgeni Mixaylovun ŞƏRHİ

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatı sammiti öncəsi niyə təxribat törətdi? - Yevgeni Mixaylovun ŞƏRHİ

Hazırda oxunan: Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatı sammiti öncəsi niyə təxribat törətdi? - Yevgeni Mixaylovun ŞƏRHİ

93600

“Keçmiş Rusiya vətəndaşı Ruben Vardanyan fiquru sərhəddə belə bir təxribat törədəcək qədər əhəmiyyətli gücə malik deyil. Amma son təxribatın aşağı səviyyədə ruhlandırıcısı, cəmiyyəti aldatmaqla fon yaradan dələduzlardan biridir. O, sallaqxana keçisidir, xalqı ətmaşınına sürükləyəndən biridir. Əlbəttə ki, onun böyük imkanları buna yetərlidir. Amma bizə vəziyyətə başqa müstəvidə baxmaq lazımdır”.

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada Rusiyalı politoloq Yevgeni Mixaylov söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin və Makron telefon danışığı zamanı Paşinyana nə deyiblər? – BU SON HƏDDİR


Politoloq bu gün gecə saatlarında Ermənistan ordusunun Azərbaycan sərhəddində törətdiyi təxribatları Amerikanın sifarişi olduğunu bildirib:

“Baxın, münaqişə Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən üç gün əvvəl baş verib. Buna təsadüfi baxmaq sadəhlövhlük olar. Görünən odur ki, Amerika rəsmi İrəvandan öz oyununda sülh müqaviləsinin imzalanmasının və müvafiq olaraq Zəngəzur dəhlizinin işə salınmasının qarşısını almaq istəyir. Çünki bu münaqişənin nizamlanmasında rolu görünmür, eyni zamanda Zəngəzur dəhlizi açılarsa, Rusiyaya tüçün istifadə edir ki, bu da Qərbin Rusiyanın tətbiq etmiş sanksiyaların da təsiri azalmış olacaq. Belə bir şəraitdə görünən odur ki, Ermənistanın dünən gecə törətdiyi təxribatların müəllifi ABŞ-dır”.

Ekspert qeyd edib ki, son günlər Amerikanın Xüsusi Xidmət Orqanlarının İrəvana intensiv səfərləri də bunu deməyə əsas verir:

“ABŞ-ın ikinci ən böyük səfirliyi İrəvanda yerləşir, bura nifaq yuvasıdır. Ruben Vardanyan, Paşinyan isə sadəcə Vaşinqtonun peşkalarıdırlar. Rəsmi Moskvanın baş verənlərdən hansı nəticəyə gəldiyi hələ dəqiq məlum deyil. Bunların hamısı Ukraynada Xüsusi Hərbi Əməliyyat keçirən Rusiyanın Cənubi Qafqazda mövqelərini zəiflətməyə hesablanılıb və birbaşa olaraq Amerika xüsusi xidmət orqanlarının oyunu ilə bağlıdır”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO