Putin və Makron telefon danışığı zamanı Paşinyana nə deyiblər? – BU SON HƏDDİR

Putin və Makron telefon danışığı zamanı Paşinyana nə deyiblər? – BU SON HƏDDİR

Hazırda oxunan: Putin və Makron telefon danışığı zamanı Paşinyana nə deyiblər? – BU SON HƏDDİR

93593

İrəvanın təxribatları fonunda Ermənistan-Azərbaycan sərhədində baş verən növbəti gərginliyin ardınca bu ölkənin baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışıb. Bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar barədə danışıblar. Daha sonra Paşinyan Fransa prezidenti Emmanuel Makrona zəng edib.

Paşinyan Azərbaycan – Ermənistan sərhəddində baş verənlərlə bağlı Makrona da öz marağına uyğun şəkildə məlumat verib.

Qeyd edək ki, hər iki telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub. Paşinyan telefon danışığında hər iki tərəfdən, xüsusən də Moskvadan kömək istəyib. Paşinyanla danışıqda prezident Makron gərginliyi daha da artırmağı qəbuledilməz hesab edib və vəziyyəti sakitləşdirməyin vacibliyini vurğulayıb.

Birmənalı şəkildə aydındır ki, mövcud problemin birdəfəlik həlli tərəflər arasında sülhün əldə edilməsindən keçir.

Bunu Ermənistanda, hətta ona himayədarlıq edən Paris və həmçinin Moskvada da gözəl anlayırlar. Regionda əmin-amanlığın, normal iqtisadi münasibətlərin formalaşması üçün sülhün olması qaçılmazdır. Hətta bu yaxınlarda Paşinyan özü belə sülh müqaviləsinin bağlanmasının vacibliyindən danışaraq, bu ilin sonunadək həmin istiqamətdə addım atıla biləcəyini vurğulamışdı. 

Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu deyir ki, Paris və Moskva bütün hallarda Ermənistanın xeyrinə deklarativ xarakterli bəyanatlardan başqa hər hansı bir digər addım atmayacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan çarəsiz durumda – Paşinyan detalları AÇIQLADI  


“Prinsip etibarı ilə Rusiyanın problemə münasibətdə mövqeyində ciddi dəyişikliklərin olacağı gözlənilmir. Çünki Moskva gözəl anlayır ki, Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir. Azərbaycan da təbii ki, öz ərazi bütövlüyü və suverenliyini təhdid edən qüvvələrə qarşı mübarizə aparır. Bu Azərbaycanın beynəlxalq hüquqla təsdiq olunmuş suveren hüququdur. Ən əsası odur ki, hərbi əməliyyatlar Ermənistan ərazisində getmir. Bu kontekstdə də düşünürəm ki, 2020-ci ildə olduğu kimi Rusiya bu dəfə də, Azərbaycanla münasibətlərin məzmun və mahiyyətindən irəli gələn amillərə istinad edərək İrəvana ciddi dəstək verməyəcək.  

Fransa isə İrəvana diplomatik və siyasi dəstək nümayiş etdirəcək. Bu mənada Makronun mövqeyində ciddi dəyişikliklərin olacağı istisnadır.

Eyni zamanda, Makron praqmatik siyasətçidirsə, Azərbaycanda olan 200-dən çox fransız şirkətlərinin maraqlarını da nəzərə almalıdır. 

Paris və Moskva bütün hallarda Ermənistanın xeyrinə deklarativ xarakterli bəyanatlardan başqa hər hansı bir digər addım atmayacaq. Nə Rusiya, nə də Fransa İrəvana hərbi dəstək verən deyil. Nə də onlar Ermənistanın əvəzinə gəlib Azərbaycanla qarşı-qarşıya vuruşan tərəflər deyil. Bu mənada da Makron və Putin telefon danışığında Paşinyana konfrantasiyadan uzaq durmağı və sülhdən başqa yolun olmadığını başa salıblar. Bu son həddir, Azərbaycanla danışmağın başqa yolu da qalmayıb”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO