“Son saatlarda Ermənistan və Azərbaycan sərhədində ciddi döyüşlər gedir, insan tələfatı qeydə alınır. Döyüş əməliyyatlarının dayandırılması və danışıqlar masasına qayıdışın olması mütləqdir. Bütün qüvvələr bu gərginlikdən əvvəl tutduğu mövqelərə qayıtmalı və atəşkəs rejiminə tam riayət edilməlidir”.
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib.
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel hər iki ölkənin liderləri ilə əlaqə saxlayır və mən bu gün müvafiq xarici işlər nazirləri ilə danışıram:
Aİ bütün xalqların mənafeyi naminə təhlükəsiz, firavan və sülh içində olan Cənubi Qafqazın ümumi məqsədinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında vicdanlı vasitəçi kimi fəaliyyət göstərməyə davam etməyə sadiqdir.
Bizim.Media