NATO Ermənistan-Azərbaycan sərhədi boyunca baş verən hücumlardan narahatdır.
Bizim.Media xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina bildirib.
O qeyd edib ki, NATO tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi təcili aradan qaldırmağa çağırır.
Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.
Bizim.Media
Very concerned about attacks along the Armenia ?? and Azerbaijan ?? border, including reported strikes against settlements and civilian infrastructure inside Armenia. #NATO calls for an immediate cessation of hostilities and urgent de-escalation
— Javier Colomina (@JavierColominaP) September 13, 2022