“Gürcüstanın vasitəçilik təklifi daha səmimidir” – Zərdüşt Əlizadə

“Gürcüstanın vasitəçilik təklifi daha səmimidir” – Zərdüşt Əlizadə

Hazırda oxunan: “Gürcüstanın vasitəçilik təklifi daha səmimidir” – Zərdüşt Əlizadə

93568

Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, Tiflis Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması istiqamətində vasitəçiliyini təklif edib. 

O bu istiqamətdə Gürcüstanın vasitəçiliyə hazır olduğunu deyib: 

“Biz bunda maraqlıyıq. Əgər Gürcüstan vasitəçi olsa, biz gərginliyin azaldılması üçün öz töhfəmizi verəcəyik”. 

Qeyd edək ki, Tiflis əvvəllər də Bakı ilə İrəvan arasında vasitəçilik edib. Məhz 2021-ci ilin iyunun 12-də Tiflisin səyi ilə İrəvan Ağdam rayonu üzrə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan təqdim edib. Bunun müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Tiflisdən olan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verildi. 

Gürcüstanın vasitəçilik missiyasını Bizim.Media-ya açıqlamasında şərh edən politoloq Zərdüşt Əlizadə düşünür ki, sülhün əldə edilməsi üçün Tiflis meydançasından istifadə etməyinə dəyər, çünki Gürcütanın vasitəçilik təklifi daha səmimidir:
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçiliyini təklif edib


“Gürcüstan digər dövlətlərlə müqayisədə yeganə ölkədir ki, həm Azərbaycan, həm də Ermənistanla mehriban münasibətləri var. Həm də dövlət kimi Azərbaycana ən yaxın olan dövlətdir. Digər tərəfdən, bu 3 ölkənin ümumi müştərək sərhədləri var. Bundan əvvəl də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tiflisdə faydalı söhbət aparıblar. Fikrimcə, Tiflis meydançasından sülhə doğru irəliləmək üçün istifadə etməyinə dəyər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO