Təxribatlara son qoyulması üçün zəruri 5 PRİNSİP – Tofiq Zülfüqarovun ŞƏRHİ

Təxribatlara son qoyulması üçün zəruri 5 PRİNSİP – Tofiq Zülfüqarovun ŞƏRHİ

Hazırda oxunan: Təxribatlara son qoyulması üçün zəruri 5 PRİNSİP – Tofiq Zülfüqarovun ŞƏRHİ

93530

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında Ermənistan tərəfinin təxribat xarakterli hərəkətləri sərhəddə vəziyyətin yenidən gərginləşməsinə səbəb olub. Toqquşmalar nəticəsində hər iki tərəf itkilərin olduğunu açıqlayıb.

Bu cür təxribatların qarşısının alınması üçün bir sıra ekspertlər sərhəddə təhlükəsizlik zonasının yaradılmasının vacibliyi ilə bağlı fikirlər səsləndiriblər. Belə ki, bufer zonanın təşkilinin mövqelərimizin təhlükəsizliyinin təmin olunması üçün zəruri addım hesab olunur.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bufer zonanın yaradılması ilə bağlı hələlik Azərbaycan rəsmiləri tərəfindən hər hansı açıqlama verilməyib:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın təxribatı Daşkəsən, Kəlbəcər və Laçında toqquşmaya səbəb olub – MN


“Bu istiqamətdə hansı addımların atılmasının vacibliyini hərbi vəziyyət göstərəcək. İndiki mərhələdə ilkin olaraq Azərbaycan zəruri addımları atır. Lakin əsas önəmli məqam Ermənistanın hansı səbəbdən təxribatlara əl atmasıdır. Burada maraqlı tərəflər çoxdur. Xüsusilə qeyd etmək lazımdır ki, son dövrlərdə müxtəlif səviyyələrdə revanşist fikirlər səsləndirilirdi və dalğa effekti ilə getdikcə artırdı. İndiki təxribatlar məhz bu siyasi dalğanın nəticəsidir”.

Tofiq Zülfüqarov Azərbaycan ilk növbədə hərbi təxribatlara son qoyulması ilə bağlı qarşı tərəfə xəbərdarlıq etməlidir:

“İkincisi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgədə fəaliyyətlərini davam edən Ermənistan hərbçilərinin Azərbaycan ərazisini tərk etmələri tələb olunmalıdır.

Üçüncü tələb ondan ibarət ola bilər ki, Ermənistanın dövlət və qeyri-dövlət qurumları Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyətlərini tam dayandırmalıdırlar.

Dördüncüsü, Azərbaycan tələb etməlidir ki, 10 noyabr bəyanatında əks olunan müddəalar Ermənistan tərəfindən yerinə yetirilsin, o cümlədən də Zəngəzur dəhlizinə aid olan öhdəliklər.
Beşinci məntiqli tələb isə bu ola bilər ki, Ermənistan siyasi rəhbərliyi Azərbaycana hərbi təcavüzə görə siyasi və maddi məsuliyyətini qəbul etsin, bundan irəli gələn addımları beynəlxalq qanunlara uyğun olaraq təmin etsin”.

Tofiq Zülfüqarov Azərbaycanın hazırki mövqeyinin bu prinsiplərdən ibarət olduğunu qeyd edib. Onun sözlərinə görə, sözügedən müddəalar müxtəlif vaxtlarda Azərbaycan rəsmiləri, o cümlədən Prezidentin çıxışları zamanı səsləndirilib. 


“Azərbaycan bu məsələlərə çox ciddi yanaşıb, başa salmalıdır ki, bu oyunlara son qoymaq lazımdır”, - deyə sabiq nazir əlavə edib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO