Ermənilərin son təxribatının ANATOMİYASI – İrəvan sülhə ancaq məcburi qaydada gətiriləcək

Ermənilərin son təxribatının ANATOMİYASI – İrəvan sülhə ancaq məcburi qaydada gətiriləcək

Hazırda oxunan: Ermənilərin son təxribatının ANATOMİYASI – İrəvan sülhə ancaq məcburi qaydada gətiriləcək

93514

Ermənilər cəmi 12 gün dözdülər. 13-cü gün öz xislətlərini apaydın göstərdilər. Göstərdilər ki, ermənilər və onların xarici havadarları Azərbaycanla dinc qonşuluq şəraitində yaşamaq istəmirlər. Nə olsun ki, Paşinyan avqustun 31-də Brüsseldə baş tutan üçtərəfli görüşdə sülhə hazır olduqlarını bildirmişdi.

Üstəlik, sülh müqaviləsi layihəsinin bir ay müddətində hazırlanmasına erməni baş nazir “hə” demişdi.

Amma İrəvana qayıdan kimi Paşinyan Brüsseldə verdiyi sözü unutdu. Sentyabrın 2-də yenə “Artsax”ın müstəqilliyinən danışdı. Üstəlik, təmas xəttində atəşkəs davamlı olaraq pozulmağa başladı. Beləcə, ermənilər son 30 ildə davam etdirdikləri ikibaşlı oyunlarına sadiqlikliklərini bir daha göstərmiş oldular. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın təxribatı Daşkəsən, Kəlbəcər və Laçında toqquşmaya səbəb olub – MN


Ən pisi də odur ki, ermənilər Qarabağda, Rusiya sülhməramlılarının nəzarət zonasında təxribatları çoxaldırlar. Separatçıların Qrabağda təxribatları əsasən 2 istiqamətdə aparılır:

Birincisi, ordumuzun təmas xəttinə edilən həmlələrlə.

İkincisi, Azərbaycan ordusunun nəzarətində olan ərazilərdə pusu qurmaq, dar keçidlərini minalamaqla.

Sentyabrın 12-də baş verənlər də məhz bu iki səbəbdən qaynaqlanır. Amma burda digər səbəblər və beynəlxalq maraqlar da var.

Birincisi, Ermənistan açıq-aydın göstərir ki, Azərbaycanla davamlı sülhə hazır deyil. Üstəlik, millətçi ermənilər Qarabağ kartından siyasi məqsədlər üçün hələ çox oynamaq istəyirlər. Ona görə də Qarabağda hadisələrin qaynar qalması həm Paşinyan iqtidarına, həm də müxalifətə və erməni diasporuna sərf edir.

İkincisi, Qarabağa sülhün tez gəlməsini Rusiya da istəmir. Çünki, davamlı sülhün Qarabağa gəldiyi gün Rusiya sülhməramlıları Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qalacaq. Moskvada oturan siyasilərsə bunu istəmir. Ruslar ən azı 2030-cu ilə qədər Qarabağda qalmaq istəyirlər.

Bundan əlavə, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını təkcə öz adına yazılmasını istəyir. Kreml istəmir ki, onun təsir zonasında olan hansısa problemin həllində Qərb və ABŞ iştirak etsin. Əslində, Brüssel görüşündən sonra təmas xəttində təxribatların artmasında “rus barmağı”nın olması daha inandırıcı görünür.

Üçüncüsü, son təxribatlarda Qərbin, xüsusən də ABŞ-ın da izləri sezilir. Çünki, hazırkı vəziyyətdə Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişində əsas söz sahibi kimi Rusiya görsənir.

ABŞ və Qərbsə bunu həzm edə bilmir. Onlar Ermənistanla Azərbaycan arasında münaqişənin uzanmasına və ATƏT-in Minsk qrupunun yenidən dövriyyəyə girməsində maraqlıdır.


Görünən odur ki, sentyabrın 12-də təmas xəttində baş verən təxribatlar 3-5 başıpozuq erməni hərbiçisinin işi deyil. Bu təxribatın arxasında böyük güclərin dərin maraqları və bu maraqlara oynayan çürük təfəkkürə malik, çürüməkdə olan erməni revanşistləri də dayanır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO