Azərbaycan Xəzərdə də “Dostluq” yaratdı – ARXASINDA NƏLƏR VAR?

Azərbaycan Xəzərdə də “Dostluq” yaratdı – ARXASINDA NƏLƏR VAR?

Hazırda oxunan: Azərbaycan Xəzərdə də “Dostluq” yaratdı – ARXASINDA NƏLƏR VAR?

9336

Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Bizim.Media xəbər verir ki, yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir.

 

MÖVZU İLƏ BAĞLI:

Berdiməhəmmədov Azərbaycanla münasibətləri yüksək qiymətləndirdi


Prezident İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etdiyindən memorandumun imzalanması tarixi hadisədir, milli neft-qaz strategiyamızın inkişafında  böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl, əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Bununla da, neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq.

 

İstər əcnəbi, istərsə də yerli ekspertlərin fikrincə, sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır. Reallıq isə odur ki, sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.


Beynəlxalq və regional əhəmiyyəti olan sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Türkmənistan Xəzərlə bağlı memorandum imzaladı - TAM MƏTN

 

Əlavə edək ki, sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsnə yeni imkanlar yaradır.

Memorandumun imzalanması 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələdirilir.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO