Türk hərbçiləri ruslara necə nəzarət edəcək? – POLKOVNİK DANIŞDI

Türk hərbçiləri ruslara necə nəzarət edəcək? – POLKOVNİK DANIŞDI

Hazırda oxunan: Türk hərbçiləri ruslara necə nəzarət edəcək? – POLKOVNİK DANIŞDI

9333

Ağdamda türk hərbçiləri üçün yaradılan monitorinq mərkəzinin tikintisi yekunlaşmaq üzrədir. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında polkovnik Şair Ramaldanov dedi.

Onun sözlərinə görə, artıq monitorinq qrupunun nümayəndələri Ağdamda yerləşiblər:

“İndi  monitorinqin aparılacağı istiqamətlər, ərazilər və yaşayış məntəqələri təhlil edilir. Monitorinq qrupunda Türk, Rus və Azərbaycan tərəfinin nümayəndələri olacaq”.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda rusların silahdan istifadə etmə hüquqları varmı?- Açıqlama

Tərxis olunan hərbçiləri bu cəza gözləyir - SƏBƏB


Polkovnik əlavə etdi ki, monitorinq mərkəzinin digər funksiyası sülhməramlıların yerləşdiyi ümumi ərazini, təhlükəli hesab olunan yerləri nəzarətdə saxlamaq, oradakı vəziyyəti təhlil etmək, lazım gələrsə, müəyyən addımlar atmaqdır:

“Monitorinq qrupunun fəaliyyət göstərməsi üçün texniki avadanlıqlar da gətirilib, işə başlaması üçün lazımi tədbirlər sona çatmaq üzrədir. Təhlükəli hesab olunan  yerlərdə nəzarətin güclü olması gərəkdir. Bunun üçün  monitorinq mərkəzinin maddi-texniki bazasında pilotsuz aparatlara yer veriləcək. Nəzarətin güclü olması üçün müvafiq yaşayış məntəqələri, ərazilər daimi diqqətdə saxlanılacaq. Həmçinin sülhməramlı qüvvələrin fəaliyyəti də izlənəcək”.

Pilotsuz aparatın vacibliyindən danışan polkovnik vurğuladı ki, erməni işğalçıları torpaqlardan çıxsalar da müəyyən maraqlı qüvvələr var ki, Qarabağda ixtişaşlar törədə bilərlər: 

“Biz bununla bağlı Ermənistanın özündən müəyyən fikirlər eşidirik. Erməni diasporu da bu məsələdə radikal mövqe tutur. Belə vəziyyətdə monitorinq qrupunun işləməsi həddən artıq vacibdir”.

“Proseslər onu göstərir ki, biz hələ quldur, terrorçu dəstələri ilə mübarizəmizi davam etdirəcəyik. İşimizi daha məqsədyönlü şəkildə davam etdirmək, sülhməramlıların fəaliyyyətinə nəzarət etmək üçün monitorinq qrupunun işi həddindən artıq faydalıdır.

Azərbaycanın ərazisinə girib, stabilliyi pozmaq istəyən qüvvələr hələ də var. Bunların qarşısını almaq, beynəlxalq qurumlar tərəfindən o qüvvələrin əməlinə qiymət vermək üçün belə müasir monitorinq mərkəzinin faəliyyəti vacibdir. Biz bunun bəhrəsini yaxın zamanlarda görəcəyik”,- deyə Ş. Ramaldanov mərkəzinin zəruriliyi barədə danışarkən vurğuladı.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO