Xudafərin körpüsünü tezliklə bərpa etmək lazım deyil – TƏKLİF

Xudafərin körpüsünü tezliklə bərpa etmək lazım deyil – TƏKLİF

Hazırda oxunan: Xudafərin körpüsünü tezliklə bərpa etmək lazım deyil – TƏKLİF

933

Bunu Bizim Media-ya açıqlamasında  AMEA-nın Memarlıq İncəsənət İnstitutunun dosenti Rahibə Əliyeva bildirib. O, hesab edir ki, Xudafərin körpüsünün bərpasında tələsməmək lazımdır:

“Dünya əvvəlcə  ermənilərin bizim mədəni irsimizə, abidələrimizə necə təcavüz etdiyini əyani görməlidirlər. Daha sonra xarici mütəxəssislər Xudafərin körpüsünə baxış keçirməyə gələ bilərlər. Tədqiqatlar aparılmalı, abidənin bərpaya və ya konservasiya  olunması  müəyyən edilməlidir. ”

Bəs Xudafərin körpüsünün bərpasına necə yanaşmaq düzgün olardı? Sualına cavab olaraq Rahibə Əliyeva  bildirib ki, abidə 50 fazidən çox uçubsa konservasiya olunmalıdır. Amma Xudafərin körpüsü 50 faizdən çox uçmayıb : “Bərpa etməyimiz daha məsləhətdir. Hələ sovet dövründə sahillə əlaqələri kəsmək üçün onbiraşırımlı körpünun bir hissəsi uçub. Cəmi 3 tağı sağ-salamatdır. Buna görə bu aşırım bərpa olunmalıdır. Düzdür bu aşırım da 50 faizdən çox uçub, amma strateji həmiyyətə malik olduğu üçün biz bunu bərpa etməliyik. Konservasiya belədir ki, yenidən uça bilər, yarasız hala  düşə bilər. 15 aşırımlı körpü isə bişmiş kərpicdən inşa olunub. Bununda bərpasına ehtiyac var”.

Gülşanə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO