Laçının su təsərrüfatı YENİDƏN QURULUR – FOTO  

Laçının su təsərrüfatı YENİDƏN QURULUR – FOTO  

Hazırda oxunan: Laçının su təsərrüfatı YENİDƏN QURULUR – FOTO  

93275

Laçın rayonundakı əkin sahələrinə suyun maneəsiz axınını təmin etmək məqsədilə kanalların lildən təmizləmə işləri aparılır.  

Bizim.Media xəbər verir ki, bu barədə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, rayonun 18510 hektar suvarmaya yararlı sahələri var. Bu ərazilərin 12600 hektarında kənd təsərrüfatı əkinlərindən istifadə olunur.

Rayon Qar-Qar çay və Kür çayları əhatəsindədir. Suvarma suyu öz axını ilə Qarabağ-Laçın-Qayğı kanalından və mexaniki üsulla Kür çayından qaldırılaraq əkin sahələrinə verilir.
Qeyd edək ki, rayon ərazisində 17 ədəd nasos stansiya mövcuddur. 2022-ci ilin yanvar ayından etibarən nasos stansiyalar vasitəsilə 53700 m3 su verməklə 33190 hektar əkin sahəsinin suvarılması təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO