Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir. Bizim.Media-nın məlumatına görə, səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində baş verən cinayətin izləri ilə tanış olmaqdır. Türkiyə nümayəndə heyətinin üzvləri hadisə baş verən ərazidə olublar. Dağıntılarla yerindəcə tanış olan Mustafa Şəntop sakinlərlə də görüşüb.
TBMM sədrinə Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlər, uşaqlara yönəldilən təcavüzkar siyasət barədə ətraflı məlumat verilib.
Bizim.Media