BMT-nin İnsan Hüquqları üzrə yeni Ali Komissarı təyin olunub.
Bizim.Media xəbər verir ki, BMT Baş katibi Antonio Quterreş Baş Assambleyanın da təsdiqindən sonra avstriyalı Volker Turku yeni Ali Komissar təyin edib.
Komissar hazırda BMT-nin İcra Aparatında Baş katibin müavini kimi qlobal siyasət işini əlaqələndirir.
2019-2021-ci illərdə Volker Turk BMT Baş İdarəsinin İcra Aparatında Strateji Koordinasiya üzrə Baş katibin köməkçisi vəzifəsində çalışıb.
Volker Turk 1 sentyabr 2018-ci ildən 2022-ci il avqustun 31-dək Ali Komissar vəzifəsində çalışmış Mişel Başeletin yerinə keçəcək.
Bizim.Media