Yeni qanunla BU PARTİYALAR ləğv olunacaq - ARAŞDIRMA 

Yeni qanunla BU PARTİYALAR ləğv olunacaq - ARAŞDIRMA 

Hazırda oxunan: Yeni qanunla BU PARTİYALAR ləğv olunacaq - ARAŞDIRMA 

92804

Xəbər verdiyimiz kimi, sentyabrın 7-də Milli Məclis tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ictimaiyyətə təqdim edilib.

Layihəyə əsasən, qanunun qəbulundan sonra üzvlərinin sayını 90 gün ərzində 10 min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılacaq.

Bu isə o deməkdir ki, ölkəmizdəki partiyaların bir çoxunun üçün siyasi səhnəyə “əlvida” demək ehtimalı yaranıb. 

Partiyaların üzv sayı ilə bağlı rəsmi yaxud səhih statistikanın olmaması dəqiq təhlil aparmağa imkan verməsə də, partiya funksionerlərinin açıqlamalarına istinadən hansı partiyaların ləğv edilmə təhlükəsinin yarandığı ilə bağlı ehtimallar irəli sürmək mümkündür.
Bizim.Media-nın araşdırmasına görə, ölkəmizdə üzv sayına görə Yeni Azərbaycan Partiyası liderdir. YAP-ın üzv sayı 760.580 nəfərdir.

Üzv sayının 10 mindən daha yuxarı olduğu partiyalar isə bunlardır:

Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Kommunist, Klassik Xalq Cəbhəsi, Müasir Müsavat, Ana Vətən, Vəhdət, Azərbaycan Xalq Cəbhəsi, Müsavat, Milli İstiqlal, Milli Dirçəliş Hərəkatı, Ümid, Ağ partiyanın da üzv sayı 10 min nəfərdən çoxdur.

Siyahıdan da göründüyü kimi, yeni qanun layihəsi qüvvəyə mindikdən sonra partiyaların böyük əksəriyyətinin ləğv olması ehtimalı böyükdür. Onların içərisində parlamentdə təmsil olunan partiyaların da olması diqqət çəkir.

Belə ki, Bizim.Media-nın ötən ilin dekabrında apardığı soğruya əsasən deyə bilərik ki, Respublikaçı Alternativ və Milli Cəbhə, Demokratik İslahatlar kimi parlament partiyaların üzv sayı müvafiq göstəricilərdən geri qalır.

Adı çəkilən partiyaların həmin vaxt üçün üzv sayı müvafiq olaraq, 4 min, 1800 və 8 min nəfərdən çox olub.

Siyahıda adları qeyd olunmayan partiyların əksəriyyətinin də üzv sayının 10 mini keçmədiyi bəllidir. Hər nə qədər partiyalar üzv sayı ilə bağlı rəqəmləri açıqlayarkən manipulyasiyalara yol versələr də, siyasi ekspertlərin də qənaəti elə bu yöndədir.
 

Nəticə olaraq onu deyə bilərik ki, əgər üzv sayı normaya uyğun gəlməyən partiyalar qanunun qəbul olunmasına qədərki, eləcə də sonrakı 90 gün ərzində bütün güclərini 10 min nəfər həddinə çatmaq üçün səfərbər etməsələr, ləğv barədə məhkəməlik olacaqlar. 


Əksər politoloqların fikrincə isə həmin vaxta qədər ən yaxşı halda 30-35 partiyanın üzv sayı 10 min nəfərdən çox ola bilər. Bu da o deməkdir ki, 20-ə yaxın partiya siyasi arenada son günlərini yaşayır.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO