Partiyaların PAYIZ PLANLARI – Kimisi yubileyə, kimisi isə seçkilərə hazırlaşır…

Partiyaların PAYIZ PLANLARI – Kimisi yubileyə, kimisi isə seçkilərə hazırlaşır…

Hazırda oxunan: Partiyaların PAYIZ PLANLARI – Kimisi yubileyə, kimisi isə seçkilərə hazırlaşır…

92725

Qarşıdan payız ayları gəlir. Adətən yay ayında bütün ölkədə olduğu kimi, siyasi partiyaların da fəaliyyətində müəyyən durğunluq yaranır. Amma payıza doğru onların fəaliyyəti yenidən canlanır. Görəsən, Azərbaycandakı siyasi partiyaların payız aylarında hansı planları var? 

Bizim.Media-ya açıqlamasında AMİP Arzuxan Əlizadə qrafik üzrə fəaliyyətlərini davam etdirdiklərini dedi:

“Siyasət təbii ki, daimi fəaliyyət tələb edir. Planlarımız il üçün tutulur və rüblük olaraq da təzələnir. Qrafik üzrə fəaliyyətimizi davam etdiririk. Sentyabr ayından sonra kənd rayon təşkilatlarına səfərlər nəzərdə tutulub. Partiya daxilində “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini müzakirə edəcəyik.
Ötən həftə gənclər təşkilatının üzvləri İsveçin Moderat Partiyasının dəvətilə bu ölkədən səfərdən qayıdıb. Bu gün isə Beynəlxalq əlaqələr üzrə müavin İsveçə səfər edib. Orada olacaq seçkini müşahidə etmək üçün. Qarşıdakı üç ayda digər ölkələrin əməkdaşlıq etdiyimiz siyasi partiyaları ilə də görüşlərimiz nəzərdə tutulub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda kimlər siyasi partiya üzvü ola bilməz?


Beynəlxalq Demokrat İttifaqının tədbirinə də dəvətliyik. Britaniya Konservatorlar Partiyasının qurultayına da dəvət almışıq. Gedib-getməyəcəyimizi şəraitə uyğun dəyərləndirəcəyik. 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edir ki, rəhbərlik etdiyi təşkilat payızda rayonlarda görüşlər keçirməyə üstünlük verəcək:

“İstənilən partiya hər seçkidən dərhal sonra yeni seçkilərə hazırlaşmalıdır. Partiyaların fəaliyyətində məqsəd hakimiyyətə gəlməkdir. Təşkilatımız ümumazərbaycan problemlərinə adekvat formalaşıb. Departament institutu yaratmışıq. Qərbi Azərbaycan, Güney Azərbaycan, Borçalı, Dərbənd departamentləri yaratmışıq.
Lazım və ehtiyac olan məsələləri gündəmə çıxarırıq. Təşkilatımızı ciddi şəkildə yenidən toparlamağı düşünürük. Bunun üçün də rayonlarda görüşlər keçirəcəyik. Bundan sonda da Azərbaycanın xeyrinə hər hansı bir addım atılacaqsa dəstəyimizi verəcəyik. Güclənmyə çalışırıq. Seçkilər prioritetdir”. 

ASDP sədri Araz Əlizadə belə bir xüsusi planlarının olmadığını dedi: 

“Təşkilatımızda payız ayları üçün hər hansı bir xüsusi plan yoxdur. Təşkilatımız normal şəkildə işləyir”. 

Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli bildirir ki, təşkilatın yaranmasının 30 illiyini keçirəcəklər:

“Hazırda partiyamızın 30 illik yubilieyinin keçirilməsi məsələsi gündəmdədir. Bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Sentyabrın 26-da partiyanın təsis edilməsindən 30 il keçir. Həmin gün yubiley tədbirinin keçirilməsi nəzərdə tutulub. 30 illiklə bağlı kitab da nəşr olunur. Payızda siyasi partiyalar haqqında yeni qanunun qəbulundan sonra fəaliyyətimizi də ona uyğun quracağıq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO