Müdafiə sənayesi naziri Mədət Quliyev açıqlamasında bildirib ki, artıq Türkiyə ilə Azərbaycanın müdafiə sənayesi qurumları arasında çoxşaxəli yol xəritəsi hazırlanaraq təsdiq olunub: “Bu yol xəritəsi ilə də eyni addımlarla irəli getməyi planlaşdırırıq”.
Maraqlıdır, iki qardaş ölkənin müdafiə sənayesi üzrə yol xəritəsində nələr öz əksini tapmalıdır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli düşünür ki, Türkiyə ilə hərbi sənaye sahəsində əməkdaşlığımızda birgə istehsal satınalmalarla müqayisədə daha önəmli olacağını vurğulayıb:
“Azərbaycan müdafiə sənayesinin inkişafında əsas yeri yeni, müasir dövrün tələblərinə cavab verən məhsulların inteqrasiyası, dünyanın inkişaf etmiş ölkələrinin məhsullarının elmi-nəzəri bazası əldə olunaraq ölkə daxilində istehsalına nail olmaq tutur.
Bu zaman hansı məhsullar daha çox üstünlük təşkil etməlidir? Dünya dəyişir, yeni müharibə qaydaları meydana çıxıb. Yeni müharibədən biri də Azərbaycanın apardığı Vətən müharibəsi idi. İki qardaş ölkənin müdafiə sənayesi üzrə yol xəritəsinə sasən Azərbaycan özünün pilotsuz uçan aparatları sənayesini daha da inkişaf etdirməlidir.
Belə aparatlarımız vardır. İsrailin “Ronalts” şirkətilə azad sistem birgə müəssisəsində “Orbitr” pilotsuz uçan aparatların istehsalı həyata keçirilir. Bu sahədə Türkiyənin uğurları da ölkəmiz üçün maraqlıdır. Türkiyə ilə hərbi əməkdaşlığımızda birgə istehsal satınalmalarla müqayisədə daha önəmli olmalıdır”.
Ekspert qeyd edir ki, yol xəritəsinə əsasən birgə zirehli texnika, hava hücumundan müdafiə sistemi istehsalı və rəqəmsal sistemə dayanan digər hərbi təyinatlı sistemlərin yaradılımasında birgə əməkdaşlıq mümkündür.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:30 / 06.09.2022
Azərbaycan və Türkiyənin müdafiə sənayesi üzrə YOL XƏRİTƏSİ – Nələr nəzərdə tutulub?
Hazırda oxunan: Azərbaycan və Türkiyənin müdafiə sənayesi üzrə YOL XƏRİTƏSİ – Nələr nəzərdə tutulub?
Hazırda oxunan: Azərbaycan və Türkiyənin müdafiə sənayesi üzrə YOL XƏRİTƏSİ – Nələr nəzərdə tutulub?
92403
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.