İlham Əliyev Beynəlxalq Müdafiə Sərgisi ilə tanış olub - VİDEO

İlham Əliyev Beynəlxalq Müdafiə Sərgisi ilə tanış olub - VİDEO

Hazırda oxunan: İlham Əliyev Beynəlxalq Müdafiə Sərgisi ilə tanış olub - VİDEO

92302

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “ADEX” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə tanış olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti Müdafiə Sənayesi Nazirliyinin və sərgidə iştirak edən xarici ölkələrin pavilyonlarına baxıb.

Qeyd edək ki, “ADEX” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.

Tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib.

Sərgidə 208 şirkət təmsil olunur. “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edib, sahə olaraq 5% artım nümayiş etdirilir.

İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur. İlk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir.

Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini artırıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO