Xəbər verdiyimiz kimi, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün parlament sədrinə müraciət ediblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini parlamentə təqdim edib.
Bu günlərdə isə daha 10 siyasi partiya - Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ağ Partiya, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Yeni Zaman Partiyası, Birlik Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Milli Konqres Partiyası yeni qanun layihəsi ilə bağlı təkliflərini parlamentə göndərib.
Beləliklə, bu günə qədər Milli Məclisə təkliflərini ünvanlayan siyasi partiyaların sayı 39-a çatıb.
Qeyd edək ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin geniş müzakirəsi üçün Milli Məclisdə ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur.
Bizim.Media
![Daha 10 partiya təkliflərini Milli Məclisə göndərdi - SİYAHI Daha 10 partiya təkliflərini Milli Məclisə göndərdi - SİYAHI](https://bizim.media/file/articles/2022/09/06/1662449562_33milli-meclis.jpg)
- A-
- A
- A+
Siyasət
11:30 / 06.09.2022
Daha 10 partiya təkliflərini Milli Məclisə göndərdi - SİYAHI
Hazırda oxunan: Daha 10 partiya təkliflərini Milli Məclisə göndərdi - SİYAHI
Hazırda oxunan: Daha 10 partiya təkliflərini Milli Məclisə göndərdi - SİYAHI
92289
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.