İl sonunadək sülh müqaviləsi imzalana bilərmi? – Tofiq Zülfüqarovun ŞƏRHİ

İl sonunadək sülh müqaviləsi imzalana bilərmi? – Tofiq Zülfüqarovun ŞƏRHİ

Hazırda oxunan: İl sonunadək sülh müqaviləsi imzalana bilərmi? – Tofiq Zülfüqarovun ŞƏRHİ

92111

Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 4-də rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının toplantısında Azərbaycanla münasibətlərin gələcəyilə bağlı da fikirlərini bölüşüb. Ermənistan lideri qeyd edib ki, İlin sonunadək Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün hər şey ediləcək.

Xatırladaq ki, Brüsseldə dövlət başçıları arasında keçirilən son görüşdə də sülh müqaviləsinin hazırlanmasıyla bağlı ortaq məxrəcə gəlinib.

Belə ki, tərəflər 1 ay müddətində sülh müqaviləsinin mətninin hazırlanması üçün xarici işlər nazirləri arasında görüşün keçirilməsinə razılıq veriblər.

Bəs, 2022-ci ilin sonundadək Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalana bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov il sonuna kimi sülh müqaviləsinin imzalanmasının real olmadığını bildirib:

“Çünki sülh müqaviləsi prinsiplər əsasında tərtbib olunmalıdır. Saziş üçün prinsiplər bəllidir, lakin Ermənistan bizi əmin etməlidir ki, daxili işlərimizə qarışmayacaqlar. Necə ki, indiki mərhələdə Qarabağa bölgəsinə siyasi, hərbi və maliyyə müdaxilələri etməyə davam edirlər.

Yəni, bu siyasətə son qoyulmadan, hesab edirəm ki, bu şəraitdə sülh müqaviləsinə qol çəkilməsi mümkün deyil”.

Tofiq Zülfüqarovun fikrincə, sülh müqaviləsinin imzalanması üçün tərəflər qarşılıqlı şəkildə ərazi suverenliyini tanımaqla yanaşı, daxili işlərə müdaxilənin yolverilməzliyi prinsipini də əsas götürməlidirlər:

“Çünki onlar formal olaraq dəfələrlə bəyanat veriblər ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırlar, amma Qarabağ istisna olmaqla. Biz gördük ki, bundan sonra hərbi işğalı, etnik təmizləmə, siyasəti həyata keçirilib, Paşinyan tərəfindən anneksiya bəyanatları səsləndirilib. Ermənilər bu siyasətlərindən imtina etdiklərini bizə öz əməlləri ilə sübut etməlidirlər. Hesab edirəm ki, bu baş verməsə, sülh müqaviləsinə qol çəkilməsi mümkün deyil. 

Çünki onlar sazişə qol çəkməklə formal olaraq müharibənin dayandırıldığını elan etsələr də, sonrada daxili işlərimizə müdaxilə etməyə, separatizmi dəstəkləməyə və maliyyə yardımları göndərməyə davam edəcəklər.
Yəni, onlar sözdə beynəlxalq qanunlara əməl etdiklərini deyərkən, praktiki olaraq həmin müddəaları pozacaqlar. Belə bir şəraitdə sülh sazişinin imzalanması mümkün deyil”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO