Qarabağ tezliklə bərpa olunacaq  - Niyaməddin Orduxanlı

Qarabağ tezliklə bərpa olunacaq  - Niyaməddin Orduxanlı

Hazırda oxunan: Qarabağ tezliklə bərpa olunacaq  - Niyaməddin Orduxanlı

9205

“Ali Baş komandan İlham Əliyev xalqa müraciətlərində xüsusi olaraq bu il Azərbaycanın Dağlı Qarabağ və ətraf rayonlarında bərpa ili olacağını qeyd edib. Məlumdur ki, 30 il ərzində bu ərazilərdə erməni vandalları, işğalçıları daşı daş üstündə qoymayıb. İlkin olaraq, bu ərazilərdə Prezidentin fərmanı ilə Minatəmizləmə Agentliyi yaradıldı. Məqsəd həmin ərazilərin qısa müddətdə bərpa olunmasıdır. Kommunikasiya xətlərinin çəkilməsi, enerji təchizatı, yol infrastrukturunun, evlərin bərpası və nəhayət 1 milyondan artıq qaçqının öz ata-baba yurduna qaytarılması bu prosesin davamıdır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bütün bu proseslər cənab Prezidentin apardığı siyasətin tərkib hissəsidir. 

“İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında imzaladığı fərman da məhz bu amala xidmət edir. Məqsəd qısa müddət ərzində bütün dünyaya Qarabağın bərpa olunmasını göstərməkdir”.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ üçün 2,2 milyard manat xərclənəcək - Mikayıl Cabbarov “Bloomberg”ə açıqladı


Daha sonra o,  Prezidentin həm dövlət büdcəsindən ayırdığı vəsait ilə, həm də beynəlxalq təşkilatların Qarabağın bərpasına cəlb olunması istiqamətində gördüyü işlərdən də danışıb.

“Azərbaycan bütün dünyaya ermənilərin vandalizmi haqqında videomateriallar təqdim edir. İlham Əliyev bu prosesi həm  xaricdə, həm də daxildə yüksək səviyyədə aparır. O, hətta özünün ad gününü belə sərhəddə, Azərbaycan əsgəri ilə bir yerdə qeyd etdi.

Prezidentlə paralel olaraq, ölkənin birinci vitse prezidenti Mehriban xanım Əliyevanın da bu işlərin həyata keçirilməsində böyük əziyyəti var. Hər iki şəxs öz fəaliyyətini Azərbaycanın işğaldan azad olunmuş ərazilərini bərpası istiqamətində qurub. Əlavə olaraq, qeyd edim ki, Prezident həm dövlət büdcəsindən, həm də beynəlxalq təşkilatların Qarabağın bərpasında bu ərazilərə cəlb olunması istiqamətində böyük işlər görüb.

Artıq bir çox beynəlxalq şrikətlərlə müqavilələr imzalanıb. Buna misal olaraq İtaliyanın enerji şirkəti ilə imzalanan sənədin adını çəkə bilərik. Bu istiqamətdə görülən bütün işlər Qarabağı bərpa edib, öz ata-baba yurdundan didərgin düşmüş insanları yenidən yurdlarına qayıtmağı təmin edəcək”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO