Moskvada Qarabağ danışıqları - Lavrovla Zərif bir araya gələcək

Moskvada Qarabağ danışıqları - Lavrovla Zərif bir araya gələcək

Hazırda oxunan: Moskvada Qarabağ danışıqları - Lavrovla Zərif bir araya gələcək

9201

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş keçiriləcək.

Bizim.Media-nın məlumatına görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova  brifinqdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Zərif 4 ölkəyə səfər edəcək-Səbəb Qarabağdır


Zaxarovanın sözlərinə görə, tərəflər arasında görüş yanvarın 26-da baş tutacaq. XİN sözçüsü İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin fevralın 2-də Rusiya paytaxtına səfər edəcəyini də qeyd edib.

Qeyd edək ki, Zərif daha əvvəl bu səfərlə bağlı açıqlama vermişdi. İranın XİN rəhbəri danışıqlar zamanı Qarabağla bağlı müzakirlərin aparılacağını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO