«Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş etdiriblər. Çoxillik uzun diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb».
Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə video formatda görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Türkmənistan Xəzərlə bağlı memorandum imzaladı - TAM MƏTN
Azərbaycan dövlət başçısı bildirib ki, birgə səylərlə bu nadir su hövzəsini qorumaq üçün nə lazımdırsa edilməlidi.
«Bu gün imzalanma prosesini müşahidə edərək düşündüm ki, əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar. Necə deyərlər, onların ruhu şaddır. Onlar bizə görə, iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının gələcəyi naminə əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin etmələrinə görə qürur duyardılar»,-deyə İlham Əliyev söyləyib.
Bizim.Media