“Noyabrın 10-dək siyahıyaalınma məsələsi həllini tapacaq” – ELMAN NƏSİROV 

“Noyabrın 10-dək siyahıyaalınma məsələsi həllini tapacaq” – ELMAN NƏSİROV 

Hazırda oxunan: “Noyabrın 10-dək siyahıyaalınma məsələsi həllini tapacaq” – ELMAN NƏSİROV 

91893

“Növbəti hədəfimiz Xankəndidir və cari ilin noyabrın 10-dək siyahıyaalınma məsələsi də öz həllini tapacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov rusiyalı hərbi ekspert İqor Korotçenkonun Qarabağ ermənilərinin dəqiq saylarını və statusunu (burada yaşayan və ya əcnəbilər və s.) aydınlaşdırmaq, habelə Ermənistan vətəndaşlığından çıxmaq və Azərbaycan vətəndaşlığını almağa hazır olduqlarını başa düşmək üçün onların siyahıyaalınmasının aparılması barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Neftin qiymətinə yenidən baxılmalıdır” – Elman Nəsirov  


Deputat bildirir ki, sülh müqaviləsi imzalanana qədər ərazidəki ermənilərin siyahıyaalınması da daxil olmaqla, bir sıra məsələlər həllini tapmalıdır:

“Artıq postmüharibə dövrünün həllini gözləyən məsələlərlə bağlı addımlar atılmaqdadır. Brüssel görüşünə də həmin prizmadan qiymət verməliyik. Rusiyalı hərbi ekspert İqor Korotçenkonun fikirləri də eyni məntiqə söykənir.

Qarşıda Ermənistanla sülh müqaviləsinin imzalanması gözlənilir. Ona qədər bir sıra mühüm məsələlər də həllini tapmalıdır. Qarabağda heç bir qeyri-qanuni hərbi birləşmə qalmamalıdır. Ermənistan silahlı qüvvələri və separatçı rejimin tör-töküntüləri tərksilah edilməlidir. Ardınca orada Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən nə qədər erməninin yaşadığını bilməliyik.

Siyahıyaalınma keçirilməli və onlara Azərbaycan pasportu paylanılmalıdır. Eyni zamanda, fərqli seçim etmək istəyənləri də bilməliyik. Bütün bu proseslərin məntiqi nəticəsi olaraq da sülh müqaviləsinin imzalanması baş tuta bilər”.
E.Nəsirov qeyd edir ki, artıq işlər məhz deyilən istiqamət üzrə gedir və 2022-ci ilin noyabrın 10-dək Korotçenkonun dediyi məsələ öz həllini tapmalıdır:

“Rusiya ekspert dairələri bununla bağlı yol xəritəsini də hazırlayıb. Ona görə cari ilin noyabrın 10-a qədər dediyimiz məsələlər öz müsbət həllini tapmalıdır. Həmin ana qədər həm qeyri-qanuni erməni dəstələrinin Qarabağdan çıxarılması, qondarma administrasiyanın buraxılması kimi addımlara şahidlik edə bilərik. Ardıcıl və sistemli şəkildə Azərbaycan öz niyyətlərini həyata keçirir. Azərbaycan Prezidentinin dediyi kimi, “Biz nəyi, nə vaxt və necə etməyi çox yaxşı bilirik” məntiqi işləməkdədir. Laçın və ətraf kəndlər azad edildi. Növbəti hədəf isə Xankəndidir”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO