Vladimir Solovyov ukraynalı jurnalistin Rusiyaya satıldığını iddia edib - VİDEO

Vladimir Solovyov ukraynalı jurnalistin Rusiyaya satıldığını iddia edib - VİDEO

Hazırda oxunan: Vladimir Solovyov ukraynalı jurnalistin Rusiyaya satıldığını iddia edib - VİDEO

9181

Bizim.Media xəbər verir ki, aparıcı Dmitri Qordon verilişlərinin birində Rusiyanın paytaxtı Moskvanı təriflədiyi görüntülərini “Instagram” səhifəsində yayımlayıb. Verilişdə ukraynalı jurnalist Moskva şəhərinin rahatlığından söz açıb.

O, Rusiya paytaxtını Roma, London, Nyu-York şəhərləri ilə müqayisə edib. Aparıcı Moskvanı gələcək zamanın şəhəri adlandırıb.

“Xahiş edirəm, mənim bu sözlərimi hansısa xəstə təfəkkürə malik olan insan təzavüzkarın şəhərini təriflədiyimi düşünməsin, mən sadəcə doğruları söyləyirəm”, - deyə o, bildirib.

Solovyev isə “Instagram”da yayımladığı videonu şərh edərək, ukraynalı jurnalisti lağa qoyub. O, paylaşımını bu sözlərlə şərh edib:

“O! Bu Qordon ələ alınıb. Birdən-birə həqiqətləri söyləməyə başlayıb”.

Deyəsən ermənilərin əl oyuncağına çevrilən Solovyov, hamını “öz arşını ilə ölçür”. 

Qeyd edək ki, D.Qordon Rusiyaya qarşı kəskin etiraz bildirən mövqeyi ilə tanınan simadır. Bundan başqa o, dəfələrlə Vladimir Solovyovu yalan informasiya yaydığına və boş qalmaqallar yaratdığına görə tənqid edib.

Vüsalə Balayeva, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO