Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev – “ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir. Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür.”
Sosial şəbəkələrdə və gündəlik həyatımızda da bu səpkidə olan şikayətlərin günü – gündən çoxaldığının şahidi oluruq. Məmurların özbaşına hərəkətləri, vəzifəsindən sui-istifadələri, xalq hakimiyyət arasında olan bağları da incəldə bilər.
MÖVZU İLƏ BAĞLI:
Tural Abbaslı: “Məmurlar xalqın dərdini hiss etmir”
Bizim.Media olaraq bu sualla Ağ Partiyasının sədri Tural Abbaslıya müraciət etdik.
Onun sözlərinə görə, məmur özbaşınalığından ən çox regionlarda yaşayan insanlar əziyyət çəkir:
“Əslində bu məsələ ilə bağlı çox danışmışıq. Bundan başqa cəmiyyətdə sosial şəbəkə imkanlarından istifadə edərək, məmur özbaşınalığından, onların haqqsızlığından kifayət qədər qeyd edirlər. Bu yaxınlarda da Prezident bu problem haqqında öz fikirlərini bildirdi. Regionlarda bununla bağlı 100-lərlə, 1000-lərlə problemlər var.
Məsələn, deputat tərəfindən suyun nəzarətsiz bölgüsü və.s kimi bu cür problemlərə rast gələ bilərik. Bu problemlər şəhərdə yaşayan insanlar üçün bəlkə də bir əhəmiyyət kəsb etməsə də, rayon camaatı üçün böyük həyati problemlərdir”.
T. Abbaslı bu problemlərin həllinin ancaq sistem dəyişikliyində gördüyünü qeyd edib. Bundan başqa o, qanunu pozan məmurların sərt cəzalandırılması bu problemin həllinə zəmin yarada biləcəyini də vurğulayıb:
“Düşünmürəm ki, bu problemləri aradan qaldırmaq belə tez bir zamanda başa gələcək. Çünki özbaşına məmurlar yaşamlarını bunun üzərində qurublar; rüşvət alıb, veriblər və böyük maxinasiya mexanizmini işə salıblar. Bunun qarsının almağın yeganə yolu sistem dəyişikliyidir. Yəni aşağıdan yuxarıya doğru ciddi nəzarət mexanizmi olmalıdır. Yaxud da həmin o məmur cəmiyyəti sərt cəzalandırılmalıdır ki, o birilər də baxıb bu cür hərəkət etməkdən çəkinsinlər".
Amma təəssüflə qeyd etməliyəm ki, biz hətta korupsiya faktı ilə həbs olunan insanların qısa bir müddət sonra azadlığa çıxmalarını, yenidən normal həyatlarını davam etməklərini görürük”.
Sonda partiya rəhbəri sözlərini bu fikirlərlə bitirib:
“Bizim cəmiyyətimizdə cəzasızlıq sindromu var. Yəni, edən etdiyi ilə qalır. Nə qədər ki, bu neqativ hallarla mübarizədə effektiv mexanizm qurulmayacaq, bununla bağlı şikayətlər çox olacaq. Bu sistem qanunlarla tənzimlənməlidir. Hər şey qarşılıqlı olmalıdır.Tənqidi azad media, müxalifətçilərin çıxışları isə effektiv olmalıdır”.
Vüsalə Balayeva, Bizim.Media