"Biz Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsinin avropalıların gündəliyində ən aktual məsələlərdən biri olduğunu görürük".
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı deyib.
"Burada interkonnektorlar ilə bağlı müzakirələr gedir və onlardan biri - Yunanıstan-Bolqarıstan interkonnektoru istismara verilməyə yaxındır.
Həmin qəbildən olan digər layihələr də var. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Ümumilikdə deyə bilərəm ki, Rusiya-Ukrayna müharibəsi başlayandan biz qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər almışıq. Burada bizdən bu vaxta qədər onsuz da qaz alan ölkələr də var – Türkiyə, Gürcüstan, İtaliya, Bolqarıstan və digərləri", - deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:30 / 02.09.2022
"10-dan artıq ölkədən qazla bağlı müraciət almışıq" - Dövlət başçısı
Hazırda oxunan: "10-dan artıq ölkədən qazla bağlı müraciət almışıq" - Dövlət başçısı
Hazırda oxunan: "10-dan artıq ölkədən qazla bağlı müraciət almışıq" - Dövlət başçısı
91758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.