Məlumdur ki, 44 günlük müharibənin başa çatmasından sonra Rusiya Azərbaycan-Ermənistan dialoqunda əsas vasitəçi kimi çıxış etməyə başladı. Lakin sonrada Avropa İttifaqı da prosesə daxil oldu və Brüsselin moderatorluğu ilə artıq 4 görüş keçirilib.
Bəs, Azərbaycan üçün hansı tərəfin əsas vasitəçiyə çevrilməsi daha faydalı olardı?
Sualı Bizim.Media üçün cavablandıran Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin fikrincə, Azərbaycan üçün bütün tərəflərin vasitəçiliyi qəbulolunandır:
“Azərbaycanın geosiyasi əhəmiyyəti ondan ibarətdir ki, hal-hazırda hər bir aktor, Brüssel, Moskva, Türkiyə və Ermənistan da istəyir ki, sərhədlər açılsın ona görə də Azərbaycan bu vəziyyətdən istifadə etməlidir. İki vasitəçidən hansının daha faydalı olduğuna gəlincə isə, düşünürəm ki, faydanın önəmi yoxdur. Əsas məsələ ondan ibarətdir ki, “uşaq doğulsun””.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə hər iki formatda danışıqlar prosesinin davam etdiyini diqqətə çatdırıb:
“Azərbaycanın bu tərəflərdən hansısa birindən imtina etməsi üçün hal-hazırda mühüm bir əsas yoxdur və bu, heç də məqsədəuyğun olmazdı. Tərəflərin hansının vasitəçiliyinin daha uğurlu olması isə prosesin gedişində meydana çıxacaq. İndiki situasiyada bu cür müqayisəli təhlilin aparılması doğru olmazdı”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:00 / 02.09.2022
Moskva yoxsa, Brüsselin vasitəçiliyi daha faydalıdır? – Partiya SƏDRLƏRİNİN MÖVQEYİ
Hazırda oxunan: Moskva yoxsa, Brüsselin vasitəçiliyi daha faydalıdır? – Partiya SƏDRLƏRİNİN MÖVQEYİ
Hazırda oxunan: Moskva yoxsa, Brüsselin vasitəçiliyi daha faydalıdır? – Partiya SƏDRLƏRİNİN MÖVQEYİ
91722
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.