Xankəndinə yeni “sallaqxana keçisi” göndərilir – Vardanyanın arxasında kimlər dayanıb? - VİDEO

Xankəndinə yeni “sallaqxana keçisi” göndərilir – Vardanyanın arxasında kimlər dayanıb? - VİDEO

Hazırda oxunan: Xankəndinə yeni “sallaqxana keçisi” göndərilir – Vardanyanın arxasında kimlər dayanıb? - VİDEO

91671

Atalarımız deyib ki, “keçinin əcəli çatanda, buynuzunu çobanın çomağına sürtür”. Erməni milyarder Ruben Vardanyanın da deyəsən əcəli çatıb. Ona görə də başını Azərbaycan əsgərinin “dəmir yumruğ”una sürtür. Özü öz ayağı ilə Xankəndinə gəlib Azərbaycan qanunları ilə mühakimə olunmaq istəyir. 

Kriminal yollarla milyonlar qazanan bu Vardanyan ötən gün elan edib ki, Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlib burada yaşayıb fəaliyyət göstərmək istəyir.

Gəlişini də belə izah edir ki, guya “Arsax”ı dağılmaqdan xilas etmək üçün bu addımı atır. Əslində isə Vardanyanın bu addımı atmasının bir neçə səbəbi var.

Birincisi,
Vardanyan batmış milyonlarını Qarabağ ermənilərinin hesabına diriltmək istəyir.

Belə ki, “Forbes”in məlumatına görə, erməni gədəsinin 2020-ci ildə 1.3 milyard dollardan artıq sərvəti olub. Lakin son iki ildə o varidatının tam yarısını itirib. Vardanyan Qarabağa gəlməklə itirdiyi milyonlarını məzlum ermənilərin hesabına diriltmək istəyir.

Çünki Rusiyanın bağlanmış yolları onu bataqlıqdan çıxmağa qoymur. Sanksiyalardan yaxa qurtarmaq üçün vətəndaşlıq anlayışını da basıb keçmək Vardanyan üçün 2 x 2-dir. Əslində, bu erməni xislətinə xas bir hərəkətdir, ətrafda vəziyyət pisləşən kimi hər şeyə xəyanət edib, dabana tüpürmək. 

İkincisi, Ruben Vardanyan Rusiyada yaşayan ultramillətçi ermənilərdən biridir. Utopik revanşizm hissləri ilə yaşayan erməni dığası Kremli də bezdirib. Onun vətəndaşlıqdan imtina etməsi bir növ öz murdar canını qurtarmaq kimi də bir addım ola bilər. 

Təsadüfi deyil ki, Vardanyanın son video müraciətində də Rusiya ilə bağlı heç bir xoş söz deyilmir. Halbuki, bütün ermənilər “Arsax”ın xilasını Rusiyada görür. Vardanyan isə Rusiyadan daha çox Fransa və ABŞ-a “stavka” edir. Bu isə bir daha sübut edir ki, Ruben Vardanyan öz milyonlarını xilas etmək xətrinə Avropa ölkələrinə, Qərbə xoş görünmək fikrindədir. Elan edir ki, “mən Rusiya ilə qurtardım”.

Üçüncüsü, ən qorxulu məsələ odur ki, Vardanyan erməni xalqı arasında bütün imicini itirmiş koçaryanların, sarkisyanların, ohanyanların yerini tutmaq üçün meydana atılıb. İndi öz xalqı üçün “sallaqxana keçisi” funksiyasını bu xəyanətkar, satqın milyoner oynayacaq.

Çünki “əclafların son sığınacaq yeri vətənpərvərlikdir”. Vardanyan da batmış milyonlarını xilas etmək üçün sifariş alaraq Qarabağa yerləşmək istəyir. 
 

30 illik dərslər isə göz qabağındadır. Vardanyan Xankəndinə gələ bilər. Amma orada çox qala bilməz. Buna nə Azərbaycan əsgəri, nə də ki, “acından günorta duran” ermənlər imkan verməyəcək. 


Vardanyanı izləyin, tezliklə onun haqqında maraqlı xəbərlər olacaq. Ya it kimi gəbərdiləcək, ya da ənənəvi erməni xarakterinə xas şəkildə “asta qaçan namərddir” deyib, üzünü Fransaya tutacaq.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO