“Brüssel görüşünün ardınca növbəti Moskva görüşü olacaq” – Hadisələr hara APARIR? 

“Brüssel görüşünün ardınca növbəti Moskva görüşü olacaq” – Hadisələr hara APARIR? 

Hazırda oxunan: “Brüssel görüşünün ardınca növbəti Moskva görüşü olacaq” – Hadisələr hara APARIR? 

91554

“Brüssel görüşünün ardınca, yaxın günlərdə tərəflər arasında növbəti Moskva görüşü də olacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiyanın Avropa İttifaqının vasitəşiliyilə Azərbaycan və Ermənistan rəhbərləri arasında baş tutan Brüssel görüşündən sonra təşəbbüsü öz əlinə almaq üçün hansı addımlar atacağı ilə bağlı sualı cavablandırarkən deyib:

“Hər iki tərəf çalışır ki, danışıqlar əsasən onun maderatorluğu ilə getsin. Hər halda həm Brüssel, həm də Moskva danışıqları 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində gedir və daha çox Azərbaycanın təklif etdiyi 5 şərt əsasında inkişaf edir.
 

MÖVZU İLƏ BAĞLI:

Dördüncü Brüssel görüşünün konkret nəticəsi nədir? - TƏHLİL


Brüssellə Moskva arasında moderator olmaq istiqamətində gedən rəqabət Azərbaycan üçün əlverişlidir. Çünki, vəziyyət statik deyil, dinamik vəziyyət şəklini alır və irəli gedir.

Ekspert bildirib ki, Moskva çalışacaq ki, proses daha çox özünün geosiyasi məqsədinə uyğun şəkildə cərəyan etsin:

“Brüssel görüşü gedə-gedə Rusiya tərəfi Moskvada Azərbaycan rəsmisi Şahin Mustafayevlə Ermənistan nümayəndəsinin delimitasiya məsələsilə bağlı görüşdüyünü bildirdi. Rusiya rəhbərliyi Brüssel görüşündən əvvəl Paşinyan və İlham Əliyevlə də danışıb. 

Bu fonda Brüssel görüşünün ardınca yaxınlarda Moskvada növbəti bir görüşün olacağı ehtimalı da böyükdür.

Brüssel görüşünün ardınca Rusiya da prosesin nəzarətində olduğu görüntüsünü yaratmaq üçün öz təşəbbüsü ilə sistematik, müxtəlif nümayəndələr, hətta ola bilsin ölkə rəhbərləri səviyyəsində görüşlər təşkil etsin”. 
Üzeyir Şəfiyev onu da qeyd edib ki, ehtimal olunan görüşdə Rusiya prosesdə moderator olduğunu nümayiş etdirmək üçün sülhün əldə edilməsinə doğru hesablanmış bir sıra addımların atılmasına çalışa bilər:

“Kreml rəhbərliyi dəfələrlə bəyan edib ki, “Brüsselə Moskvadan getmək lazımdır”. Bütün halda cərəyan edən proses onu göstərir ki, vasitəçi rolunda çıxış edən hər bir tərəf bir-birinin bu istiqamətdə addımlarına qısqanclıqla yanaşaraq, daha prosesi ləngitmək, dondurmaq deyil, onun daha da irəliləməsinə çalışacaq. Ən azından bölgədə nüfuzlarını qoruyub saxlamaq üçün hər iki tərəf məhz bu yolla getməyə məhkumdur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO