Ombudsman əsir, girov və itkin düşmüş şəxslərin ailələri ilə GÖRÜŞDÜ

Ombudsman əsir, girov və itkin düşmüş şəxslərin ailələri ilə GÖRÜŞDÜ

Hazırda oxunan: Ombudsman əsir, girov və itkin düşmüş şəxslərin ailələri ilə GÖRÜŞDÜ

91437

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 30 Avqust – Beynəlxalq İtkin Düşmüşlər Günü ərəfəsində Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş vətəndaşların ailə üzvləri ilə görüş keçirib.

Ombudsman Aparatından Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Birinci Qarabağ müharibəsi və sonrakı dönəmdə əsir və itkin düşmüş, girov götürülmüş 3890 azərbaycanlının taleyi haqqında Ermənistan tərəfinin bu günədək məlumat verməməsinin beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına zidd olduğu vurğulanıb.

Azərbaycan Ombudsmanı tərəfindən beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər, xarici səfərlər zamanı bu mövzunun mütəmadi olaraq diqqətə çatdırıldığı qeyd olunub.

Müvəkkil qəbul zamanı əsir və itkin düşmüş vətəndaşlarımızın ailə üzvlərinin problemlərini dinləyib, müraciətlərinin həlli ilə bağlı zəruri addımlar atılacağını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO