20 Yanvar günü Gürcüstandan Azərbaycana hörmətsizlik - Səfirlik nəzarətə götürdü

20 Yanvar günü Gürcüstandan Azərbaycana hörmətsizlik - Səfirlik nəzarətə götürdü

Hazırda oxunan: 20 Yanvar günü Gürcüstandan Azərbaycana hörmətsizlik - Səfirlik nəzarətə götürdü

9093

Ümumerməni “Hayastan” fondu Gürcüstan erməniləri ilə birgə Qarabağa yardım humanitar aksiya keçirib. Aksiyanı Gürcüstan tərəfdən dəstəkçisi tanınmış yazıçı və hüquq müdafiəçisi İrakli Kakabadze olub. 

Azərbaycanın hüzn günündə ermənilərə havadarlıq edən Gürcüstanın bu addımı ölkəmizdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə aksiyanın bilərəkdən 20 Yanvar günündə təşkil edilməsi Azərbaycanın hüzn gününə hörmətsizlik və iki ölkə münasibətlərinə kölgə salmaq kimi qiymətləndirilib.

Gürcüstanda yaşayan azərbaycanlı jurnalist İmran Eyvazov Bizim.Media-ya açıqlamasında qonşu ölkədə yaşayan azərbaycanlıların aksiyaya mane olduqlarını deyib:

“Bu məsələni biz qaldırmışıq. Bununla bağlı Azərbaycan televiziyalarında reportaj da nəzərdə tutulur. Aksiyanı təşkil edən İrakli Kakabadze Gürcüstan siyasətində elə də böyük rol oynamayıb. Bu adam narkomanın biridir".

"Teatrda işləyir, aktyordur. Bunun nə adı, nə də gücü var ki, ona əhəmiyyət versinlər. Hamı bilir ki, İrakli kimdir. Bəllidir ki, bu adam kimlərdənsə pul alıb və ortaya düşüb. Ağıllı insan belə bir addım atmaz. Məhz maliyyə maraqları ucbatından bu işə gedib”.

İmran Eyvazovun sözlərinə görə Azərbaycanın Gürcüstandakı səfirliyi məsələni nəzarətə götürüb:

“Bildiyimə görə artıq səfirlik Xarici İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Baş nazirə və parlamentə müraciət edib. Hesab edirəm ki, bu adama belə bir fikir vermək lazım deyildi və onunla bağlı tədbir görüləcək”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO