Britaniyanın Azərbaycandakı yeni səfiri bu diplomat olacaq

Britaniyanın Azərbaycandakı yeni səfiri bu diplomat olacaq

Hazırda oxunan: Britaniyanın Azərbaycandakı yeni səfiri bu diplomat olacaq

90919

Britaniyanın Azərbaycana yeni təyin olunan səfiri Ferqus Old Obenin Bakıya gələcəyi vaxt bəlli olub.

Bizim.Media xəbər verir ki, Britaniyalı diplomat avqustun 30-da Azərbaycana gələcək.

Qeyd edək ki, Ferqus Old Obe səlahiyyət müddəti bitən Ceyms Şarpı əvəz edəcək.

Ferqus Old Obe daha əvvəl Britaniya XİN-də Cənubi Asiya Departamentinin rəhbəri və Hindistan üzrə koordinator postunda çalışıb. Apa.az-ın məlumatına görə, o, müxtəlif illərdə Britaniya XİN-də İstedad, Müxtəliflik, Öyrənmə və İnkişaf Departamentinin rəhbəri, Beynəlxalq Ekstremizm Departamentinin rəhbəri, eyni zamanda Moskvada müşavir və Yeni-Dehlidə Britaniya səfirliyində İqlim Dəyişikliyi və Enerji Bölməsinin rəhbəri postlarında çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO