“Zabux və Sus kəndlərinə faktaraşdırıcı missiyalar həyata keçiriləcək” - Hikmət Hacıyev 

“Zabux və Sus kəndlərinə faktaraşdırıcı missiyalar həyata keçiriləcək” - Hikmət Hacıyev 

Hazırda oxunan: “Zabux və Sus kəndlərinə faktaraşdırıcı missiyalar həyata keçiriləcək” - Hikmət Hacıyev 

90721

“Səfirlər azad olunmuş ərazilərdə bu miqyasda dağıntıdan sonra Ermənistan tərəfindən beynəlxalq məhkəmələrdə Azərbaycandan təzminatların istənilməsi məsələsi ilə bağlı Şuşada keçirilən beynəlxalq konfransda suallar ünvanladılar. Riyakarlığın nümunəsinə baxın ki, Azərbaycana qarşı bu qədər dağıntı törədəndən, bu qədər vəhşilik və vandalizm həyata keçirəndən sonra Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində irqi ayır-seçkiliyin bütün formalarının ləğv edilməsi Konvensiyası əsasında Azərbaycana qarşı iddialarla çıxış edir”. 

Bizim.Media xəbər verir ki, bunu Şuşada Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 

Hikmət Hacıyev deyib ki, bu iddiaları irəli sürən dövlət beynəlxalq ictimaiyyət qarşısında utanmalıdır:

“Hər halda Azərbaycanın cavabı çoxdur və həmin konvensiyalar araşdırılaraq Azərbaycan Ermənistana qarşı iddialar qaldırır. Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanın Ermənistana qarşı dövlət ittihamı əsaslı müraciəti var”. 

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, işğal dövründə Ermənistan tərəfindən Zabux və Susda qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirilib:

“Düzdür, onların arzuladıqları formada geniş miqyasda məskunlaşma həyata keçirilmədi. Çünki bu ərazilərə baxanda görürük ki, hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudları çərçivəsində belə hansı şəraitdə yaşayırmışlar. Bura xaricdən hər hansı erməninin gətirilib yaşaması üçün cəlbedici ola bilməzdi. Amma müəyyən süni proqramlar həyata keçiriblər.

Xüsusən də bunu Laçında - Zabux və Sus kəndlərində müşayiət etdik. Ümumiyyətlə, işğal dövründə işğalçı ölkənin həmin ərazinin etnik-dini tərkibini dəyişdirməsi, mədəniyyət abidələrini məhv etməsi, arxitektura üslubunu dəyişdirməsi müharibə, hərbi cinayətlər kimi tövsif olunan hallardır.
Ermənistan tərəfindən həyata keçirilən bu addımlar, xüsusən Zabux və Sus kəndinə regionla hər hansı əlaqəsi olmayan, Yaxın Şərqdən olan insanların köçürülməsi belə hallardandır. Bununla bağlı da dövlət başçısı tərəfindən müvafiq tapşırıqlar verilib. Təhlükəsizlik tədbirləri, minaların təmizlənməsi həyata keçiriləndən sonra müvafiq faktaraşdırıcı missiyalar, sənədləşdirmə missiyaları həyata keçiriləcək. Lazımi hüquqi ekspertiza və qiymətləndirmədən sonra növbəti addımlar da düşünüləcək və nəzərdən keçiriləcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO