“Güney Azərbaycanın İranın tərkibindən çıxmaq vaxtı yetişdi” – VİDEO

“Güney Azərbaycanın İranın tərkibindən çıxmaq vaxtı yetişdi” – VİDEO

Hazırda oxunan: “Güney Azərbaycanın İranın tərkibindən çıxmaq vaxtı yetişdi” – VİDEO

90714

“Avqust ayı tarixən İranda çox isti keçir. Amma bu dəfə İranın siyasi hərarəti də yüksəlib. Ona görə də İrandakılar atəşlə oynayır”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər “Caliber.az”-ın hazırladığı videomaterialdan götürülüb. Materialda daha sonra deyilir: 

“İranın keçmiş xarici işlər nazirinin müavini, səfir və nüvə sazişi üzrə danışıqların iştirakçısı Əbülfəzl Zührəvənd Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan ilə gözlənilən Bürüssel görüşü ərəfəsində səsləndirdiyi fikirlər gizli və xain mətləblərdən xəbər verir”.

Məqalədə bildirir ki, “Zəngəzur dəhlizinin açılmasının çox da uzaqda olmadığını və Azərbaycan və Ermənistan liderlərinin görüşü çərçivəsində bunun mütləq müzakirə mövzusuna çevriləcəyinin dərk edən İran rəsmisi o qədər qorxur ki, absurd “faktlar” sadalayır. Guya “Azərbaycan-Türkiyə birliyinin İranı Ermənistanla sərhədindən məhrum etmək istəyir”, habelə “türklərin bütöv Zəngəzuru ələ keçirmək planı” var”.

Materialda fars rejiminin Cənubi Azərbaycanda oyanış hərəkatının baş verməsindən qorxduğu qeyd olunur. Bildirilir ki, indi Tehranın ən çox narahat edən səbəb isə artıq öz kritik nöqtəsinə çatmaqdadır.

Milyonlarla Azərbaycan türkü fars əsarətində məktəbsizlik, dil problemlərindən əziyyət çəkməkdədir. Elementar sosila hüquqlarından istifadə edə bilməyən azərbaycanlılar artıq ayaq üstədirlər: 

”Güney Azərbaycan əhalisinin örnək alacağı, nəyə can atacağı birisi var. Yalnız ilk addımı atmaq qalır. Axı İranda son illərdə baş verən bütün mühüm inqilablar Təbrizdən qaynaqlanır!
Güneyli qardaşlarımız, bilirik ki, siz bunu bacarırsınız! Vaxt gəldi!”

Daha ətraflı aşağıdakı videoda:

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO