Türk Dövlətləri Təşkilatından Laçınla bağlı BƏYANAT

Türk Dövlətləri Təşkilatından Laçınla bağlı BƏYANAT

Hazırda oxunan: Türk Dövlətləri Təşkilatından Laçınla bağlı BƏYANAT

90649

"Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın icra prosesinin davamı kimi Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını alqışlayır".

Bizim.Media xəbər verir ki, bu barədə TDT-nın Baş katibi Bağdad Amreyevin bəyanatında deyilir.

O, TDT-nın qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini və sadiqliyini bir daha bəyan edərək, təşkilatın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduğunu bildirib.
“TDT Cənubi Qafqazda sülh və sabitliyə, məcburi köçkünlərin azad edilmiş torpaqlara qayıtmasına xidmət edəcək diplomatik səylərin vacibliyinin və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdardır”, - deyə B.Amreyevin bəyanatında vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO