Ermənistanın daha bir yalanı İFŞA EDİLDİ -

Ermənistanın daha bir yalanı İFŞA EDİLDİ - "Sərsəngdə mərmi izi də yoxdur..."

Hazırda oxunan: Ermənistanın daha bir yalanı İFŞA EDİLDİ - "Sərsəngdə mərmi izi də yoxdur..."

90469

Sosial şəbəkələrin Ermənistan seqmentində dəfələrlə Azərbaycan dövlətinə qarşı əsassız iddalar əks olunan postların paylaşılması heç kimə sirr deyil. İstər aprel döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun güya Sərsəng su anbarını ağır artilleriya ilə atəşə tutması barədə məlumatlar yayılırdı.

Bunun isə ermənilərin Azərbaycana qarşı oynadığı növbəti bəsit oyunlardan biri olduğu heç də şübhə altında deyildi. Necə deyərlər boğulan saman çöpündən sallaşar... 

Xəbər verdiyimiz kimi, azərbaycanlı mütəxəsislər Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Sərsəng su anbarına baxış keçirmək üçün ərazyə gediblər. Nümayəndə heyyətinin üzvlərindən biri də, Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Emil Hacıyev olub.
O, Bizim.Media-nın yerli bürosuna bildirib ki, anbar və ətrafındakı qurğuların heç brində mərmi və qəlpə izlərinin müşahidə olunmadığını diqqətə çatdırıb. 

E.Hacıyev həmçinin nəhəng su hövzəsinin fəaliyyətində ciddi nasazlıq görmədiyini bildirib.

O, Əraziyə baxış zamanı da heç bir neqativ halın yanaşmadığını xüsusi vurğulayıb. E.Hacıyev Azərbaycanın Sərsəng su anbarından istifadə etdiyini də deyib.

Elgün Gəncimsoy, Bizim.Media - Qarabağ Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO