"Blinkenin bölgədəki post-münaqişə reallığından uzaq yanaşması təəccüb doğurur" - XİN

Hazırda oxunan: "Blinkenin bölgədəki post-münaqişə reallığından uzaq yanaşması təəccüb doğurur" - XİN

90419

"Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair mətbuat bəyanatında bölgədəki post-münaqişə reallığından uzaq yanaşmanın sərgilənməsi təəccüb doğurur". 

Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yerli KİV-in ABŞ Dövlət katibi Antoni Blinkenin ötən gün açıqladığı bəyanatını şərh edərkən bildirib.  

XİN rəsmisi qeyd edib ki, Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub:

"Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər. 
Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir".

Qeyd edək ki, ötən gün Entoni Blinken Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı yazılı bəyanatda bildirib ki, ABŞ Ermənistan və Azərbaycana Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanması üzrə danışıqlarda kömək etməkdə sadiqdir. 

O bildirib ki, Filip Riker ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, Aİ kimi həmfikir tərəfdaşlarla qarşılıqlı əlaqə vasitəsilə Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu asanlaşdırmaq niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO