Rasim Musabəyov Milli Məclisdə danışa bilməməyinə niyə əsəbiləşdi? – Özündən AÇIQLAMA 

Rasim Musabəyov Milli Məclisdə danışa bilməməyinə niyə əsəbiləşdi? – Özündən AÇIQLAMA 

Hazırda oxunan: Rasim Musabəyov Milli Məclisdə danışa bilməməyinə niyə əsəbiləşdi? – Özündən AÇIQLAMA 

90177

Yaxın günlərdə Milli Məclisin 2021-ci il stenoqramına əsasən ötən il ərzində  Milli Məclisin plenar iclaslarında bir dəfə də olsun danışmayan 16 deputatın adları açıqlanıb.

Diqqət çəkən məqamlardan biri də bu adlar arasında mütamadi televiziyalarda siyasi şərhləri və təhlilləri  ilə çıxış edən 18 saylı Nərimanov-Nizami seçki dairəsindən seçilmiş millət vəkili Rasim Musabəyov da olmasıdır.

Saytlara hər hansı açıqlama vermədiyini deyən Rasim müəllim Bizim.Media-nı da istisna etmədi və sualımıza görə bərk əsəbiləşdi:

“Mən heç bir sayta açıqlama və yaxud da siyasi şərh vermirəm. Mənim Milli Məclisdə danışıb-danışmamağıma gəlincə isə bu seçicilərim ilə mənim aramda olan məsələdir və buna seçicilərim qiymət verəcəklər. Kim necə və nə formada siyahı tərtib edirsə, bu da onun öz işidir”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO