Əli Əsədovdan Türkiyənin Vitse-prezidentinə BAŞSAĞLIĞI

Əli Əsədovdan Türkiyənin Vitse-prezidentinə BAŞSAĞLIĞI

Hazırda oxunan: Əli Əsədovdan Türkiyənin Vitse-prezidentinə BAŞSAĞLIĞI

89663

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Baş nazir Ə.Əsədov Türkiyənin Qaziantep və Mardin vilayətlərində ağır yol-nəqliyyat hadisələri nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib.

O, bu ağır faciə ilə əlaqədar Vitse-prezident F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO