Azərbaycan Ordusu təlimlərdə türk əsgəri ilə son müharibə təcrübəsini bölüşəcək - EKSPERT - FOTO

Azərbaycan Ordusu təlimlərdə türk əsgəri ilə son müharibə təcrübəsini bölüşəcək - EKSPERT - FOTO

Hazırda oxunan: Azərbaycan Ordusu təlimlərdə türk əsgəri ilə son müharibə təcrübəsini bölüşəcək - EKSPERT - FOTO

8899

"Azərbaycanla Türkiyə arasında onlarla birgə, ikitərəfli təlimlər keçirilir. Bunların arasında qış hərbi təlimlərinin də xüsusi əhəmiyyəti var. Bu təlimlərin sərt qışda, yüksək dağlıq ərazilərdə keçirilməsi hər iki dövlətin qərargah, komandir heyətlərinin, bütün ordu mənsublarının fəaliyyətlərinin sinxronlaşdırılması məqsədi daşıyır".

Bu sözləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev dedi. Ekspertin fikrincə, təlimlər üçün ən yaxşı mövzuları müəyyənləşdirən döyüş təcrübəsidir.
 

MÖVZU İLƏ BAĞLI:

Son iki ildə 7-8 milyard ABŞ dolları itirmişik - EKSPERT


"Nəzərə alsaq ki, Tovuz hadisələri, həm də Vətən müharibəsi zamanı ordumuz zəngin döyüş təcrübəsi əldə edib, bu da o deməkdir ki, həmin praktikanı Türkiyəli tərəfdaşlarımızla paylaşacağıq. Azərbaycan ordusunun həm Naxçıvan, həm də Qarabağın şimal istiqamətində yerinə yetirdiyi vəzifələr sırf planlaşdırılan təlimin coğrafi ərazi və iqlim şərtlərinə uyğundur. Belə məqamlar təlimin əhəmiyyətini artırır".

Hərbi ekspert Ədalət Verdiyevin ehtimallarına görə, hərbi təlimlərdə qoşun və silahların döyüş qabiliyyəti sınaqdan keçiriləcək:

"Pilotlu, pilotsuz aviasiya, artilleriya, zirehli vasitələr, hava yolu ilə düşmənin arxasına desant çıxarılması, qış şəraitində snayper fəaliyyətlərinin yerinə yetirilməsi və düşmən müdafiəsinin darmadağın edilməsi ilə qarşılaşacağıq".

Təlimlərin mənəvi dəyərindən bəhs edən Ədalət Verdiyev hətbi təlimlərin nəzərdə tutulduğu Qars bölgəsinə yaxın olan Zəngəzurda onminlərlə türk əsgərinin şəhid olduğunu xatırlatdı.

“1993-cü ilin sonu, 1994-ün əvvəllərində indi azad olunan Kəlbəcərin dağları yüzlərlə Azərbaycan əsgəri üçün məzara çevrilib. Həm Sarıqamış, həm də Kəlbəcərdəki şəhidlərin əksəriyyəti soyuq iqlim şəraitində donvurma nəticəsində həyatlarını itirib.

Nə qədər ağrılı olsa da, planlaşdırılan hərbi təlimlər böyük türk millətinin, qəhrəman türk əsgərinin şəhidlərimizin qarşısında bir vəfa borcu kimi də dəyərləndirilə bilər”.

“Mövcud hərbi-siyasi vəziyyət fonunda birgə təlimlərin keçirilməsi həm də revanşist ermənilər və onların havadarlarına Azərbaycanın verdiyi qısa və aydın ismarıc hesab oluna bilər", deyə Ədalət Verdiyev fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO