ABŞ Cənubi Qafqazda kiminlə irəliləyəcək? - ANALİZ

ABŞ Cənubi Qafqazda kiminlə irəliləyəcək? - ANALİZ

Hazırda oxunan: ABŞ Cənubi Qafqazda kiminlə irəliləyəcək? - ANALİZ

8893

Co Baydenin hakimiyyətə gəlişi ilə ekpsertlər Vaşinqtonun Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətinə düzəlişlər edə biləcəyi tezisi üzərində ciddi dayanmaqdadır. 

ABŞ, Rusiya, Çin və Türkiyə KİV-də bununla bağlı konkret fikirlər də yer almaqdadır. Prof.Dr.Gürşad Zorlu “habertürk”də məsələyə həm tarixi, həm də qlobal geosiyasi faktlar prizmasında baxır.

Gözlənilir ki, qlobal miqyasda aparılan gərgin geosiyasi və iqtisadi mübarizə Cənubi Qafqazı və Mərkəzi Asiyanı yeni səviyyədə aktuallaşdıracaq. Bunun konkret əlamətləri nələr ola bilər

Rusiyanın hər iki regionda daha da fəallaşmasına C.Bayden administrasiyasının öncəki rəhbərlikdən daha sərt və qətiyyətli cavab verəcəyi düşünlür.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ rəngli inqilablara yenidən start verəcək - POLİTOLOQ


Vəziyyətin ABŞ üçün bu dərəcədə uyğunsuz olmasının özəl səbəblərindən biri haqqında da maraqlı qeyd vardır.

Ekspertlər hesab edirlər ki, Obama və Tramp dönəmində rəsmi Vaşinqton yanlış olaraq Rusiya və Çinlə yaxınlaşmaq fonunda Türkiyədən uizaqlaşmağa çalışdı.

Ankaranın Rusiya və Çinə reveranslarının arxasında əslində, Vaşinqtonun bu səhvi dayanır. İndi Bayden bu səhvi düzəltməyə çalışacaq? Bunu zaman göstərəcək.

Hələlik isə ekspertlər hesab edirlər ki, C.Bayden administrasiyası Cənubi Qafqazda əsas olaraq Gürcüstanla işləyəcək. Tbilisi üzərindən Rusiya və İrana təzyiqlər etməyə çalışacaq.  

Əgər bu olacaqsa, iki ssenarinin meydana çıxması ehtimalı artır.

Birincisi, Amerika Türkiyənin bu proesdəki yeri və rolunu müəyyən etməlidir. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində Vaşinqtonun uğurlu olub-olmayacağında ciddi rol oynayacaq.

İkincisi, Rusiya-Türkiyə-İran və Rusiya-Türkiyə-Çin “geosiyasi üçbucaqları”nda proseslərin daha həssas və riskli hala gələ bilməsi istisna deyil. O halda Cənubi Qafqaz və Mərkəzi Asiyanın regional təhlükəsizlikləri hansı duruma düşər? Ekpertlər bu suala cavab axtarırlar.

Bunlardan geosiyasi xarakterli məntiqi nəticə alınır.

Co Baydenin “geosiyasətin əyilmiş xəttini” sadəcə fəallıqla düzəldə bilməsi asan məsələ olmaya bilir. Artıq regional və qlobal geosiyasətdə kifayət qədər inamlı görünən qüvvələr mütləq əks-reaksiya verəcəklər.

Deməli, ABŞ faktiki olaraq yeni münasibətlər formulu tapmalı və təklif etməlidir. Əvvəlki “mən ağa, sən çağa” kursu yeni uğursuzluq, risklər, fəlakətlər və qan tökülmələrindən başqa bir yerə aparmaz. 

Sonuncu tezis Amerika, Rusiya, Türkiyə və Çin ekspertlərinin gəldikləri qənaətlərdəndir.

Füzuli Qurbanov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO