“ABŞ-da prezidentlərin dəyişməsi xarici siyasətdə dəyişikliklərə gətirmir” - POLİTOLOQ

“ABŞ-da prezidentlərin dəyişməsi xarici siyasətdə dəyişikliklərə gətirmir” - POLİTOLOQ

Hazırda oxunan: “ABŞ-da prezidentlərin dəyişməsi xarici siyasətdə dəyişikliklərə gətirmir” - POLİTOLOQ

8880

“Bildiyiniz kimi, Co Bayden dünya siyasətində yad adam deyil. Obama administrasiyasında vitse-prezident vəzifəsini icra etmiş Baydenin Azərbaycan Prezidenti ilə də müəyyən təmasları olub. Prezident İlham Əliyev bir neçə ay öncə "Fox News"un suallarını cavablandırarkən Baydenlə bağlı müsbət fikirlərini bölüşüb".

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Ceyhun Əhmədli bildirdi.

Onun fikrincə, hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, ABŞ-ın oturuşmuş bir xarici siyasət kursu mövcuddur.

 

MÖVZU İLƏ BAĞLI:

ABŞ prezidentlərinin andiçmə mərasimləri haqqında bilmədiklərimiz

ABŞ rəngli inqilablara yenidən start verəcək - POLİTOLOQ


"Fundamental olaraq qlobal geosiyasi ambisiyaları özündə birləşdirən bu siyasi xətt fərdlər üzərində yox, milli mənafənin tələbləri əsasında şəkil alır. Təcrübə göstərir ki, prezidentlərin dəyişməsi xarici siyasətdə kardinal dəyişikliklərə gətirib, çıxarmır.

Politoloq iddia edir ki, demokrat prezidentlərin erməni lobbisinə yaxınlığı həmişə müşahidə olunub.

Təsadüfi deyil ki, ermənilərin kompakt halda yaşadığı Kaliforniya ştatında həmişə demokrat namizədlərin üstünlüyü nəzərə çarpıb.

''Amma bu xoşagəlməz tendensiya dövlət səviyyəsində aparılan siyasi kursa ciddi dərəcədə təsir göstərməyib. Elə bunun nəticəsidir ki, indiyə qədər heç bir ABŞ Prezidenti ermənilərin təməl arzularının gerçəkləşməsi istiqamətində ciddi addımlar atmayıb''.

''Yeri gəlmişkən qeyd edim ki, Barak Obama seçkiqabağı təbliğat kampaniyasında ermənilərə qondarma "soyqırımı" tanıyacağını söz versə də, prezidentliyi dövründə "soyqırımı" kəlməsini bir dəfə də olsun dilinə gətirmədi. Ermənistanın keçmiş prezidenti Robert Köçaryanın bu barədə etirafı da maraqlıdır. Belə ki, Köçəryan deyib ki, erməni lobbisinin gücü ABŞ-ın dövlət maraqları ilə kəsişənə qədərdir''.

Ceyhun Əhmədlinin fikrincə, müharibəni zəfərlə yekunlaşdırmışıq və şərtləri diqtə edən tərəf bizik.

"Türkiyə və Rusiyanın zəmanətçi qismində iştirakı ilə regionda yeni geosiyasi reallıqlar formalaşıb. Ona görə də Bayden administrasiyasi böyük ehtimalla post-konflikt dövrünün şərtlərinə uyğun siyasətə üstünlük verəcək. ABŞ-ın bundan sonrakı əsas hədəfi hansısa yolla regionda təsir imkanlarını qoruyub, saxlamaqdan ibarət olacaq. Əlbəttə ki, bundan ötrü ilk növbədə Azərbaycanla anlaşa bilmək, Azərbaycanın milli maraqlarını nəzərə almaq lazımdır. Bayden də bunun fərqindədir”.

“Azərbaycan ABŞ-ın regiondakı etibarlı tərəfdaşıdır. Azərbaycanın xüsusi hərbi kontingenti NATO-nun sülhməramlı əməliyyatlarında fəal surətdə iştirak edir. ABŞ üçün strateji əhəmiyyət daşıyan Lazurit dəhlizi məhz Azərbaycanın həlledici rolu və iştirakı sayəsində ötən il fəaliyyətə başlayıb”.

“Reallaşdırdığımız qlobal enerji layihələri də Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verməklə ABŞ-ın qlobal maraqlarına cavab verir. Bütün bunlar ABŞ-Azərbaycan münasibətlərinin fundamental baza üzərində qurulduğunu deməyə əsas verir”.

“Co Bayden Azərbaycanla bağlı siyasətində bu amilləri diqqətdə saxlayacaq"- deyə politoloq fikrini tamamlayıb.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO